“AccessBank” koronavirusa qarşı dezinfeksiya işlərini davam etdirir

“AccessBank” koronavirusa qarşı dezinfeksiya işlərini davam etdirir
İQTİSADİYYAT
10:45 17.03.2020
4228
Koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə "AccessBank”ın bütün inzibati binaları və filialları dezinfeksiya edilir.
 
AZXEBER.COM xəbər verir ki, bank əməkdaşları və müştərilərinin sağlamlıqları nəzərə alınaraq, dezinfeksiya işləri davamlı olaraq həyata keçirilir. Qoruyucu tədbirlərin mütəmadi olaraq, bütün inzibati binalar və filiallar üzrə aprel ayının sonuna qədər reallaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, aparılan dezinfeksiya işləri ərazini 15 gün ərzində qoruyur. İstifadə olunan dezinfektantlar insan səhhəti üçün tam zərərsizdir.

Dezinfeksiya tədbirlərindən əlavə, artıq bir müddətdir ki, bank əməkdaşlarına virusdan qorunmaq üçün maskalar paylanılıb, inzibati binalar və filialların girişlərində spirt tərkibli məhlullar quraşdırılıb.
 

 

 

 



OXŞAR XƏBƏRLƏR