AccessBank və Neurotime-dan media üçün innovativ təlim: "Süni İntellekt və Yeni Nəsil Jurnalistikası"

AccessBank və Neurotime-dan media üçün innovativ təlim: "Süni İntellekt və Yeni Nəsil Jurnalistikası"
İQTİSADİYYAT
11:36 02.06.2026
2198

AccessBank və süni intellekt həlləri üzrə ixtisaslaşmış Neurotime şirkətinin birgə təşkilatçılığı ilə aparıcı media qurumlarının nümayəndələri üçün "Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” mövzusunda təlim təşkil edilib.

Təlimin əsas məqsədi sürətlə transformasiya olunan media mühitində süni intellekt texnologiyalarının yaratdığı imkanlar, faktların yoxlanılması (fact-checking) metodları, eləcə də bu texnologiyaların jurnalistikada etik və məsuliyyətli tətbiqi ilə bağlı iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Sessiyalar zamanı süni intellektin korporativ kommunikasiya sahəsində tətbiqi imkanlarından bəhs olunub.  İnteraktiv və praktiki formatda keçirilən təlim çərçivəsində iştirakçılar real nümunələr üzərində işləyərək böhran vəziyyətlərində rəsmi mənbələrlə işləmə, məlumatların etibarlılığını yoxlama və informasiyanın düzgün interpretasiyası üzrə praktiki tapşırıqlar yerinə yetiriblər. Təlim çərçivəsində ChatGPT, Gemini, Claude və Perplexity kimi müasir süni intellekt alətlərinin peşəkar istifadə prinsipləri nümayiş etdirilib, effektiv sorğuların hazırlanması (prompt engineering) metodları barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçılar arasında interaktiv bilik yarışı (quiz) təşkil olunub. Təlim proqramını uğurla başa vuran bütün media nümayəndələrinə sertifikatlar təqdim edilib.

Süni intellekt jurnalistin fəaliyyətini dəstəkləyən effektiv alət olsa da, məlumatın dəqiqliyinin yoxlanılması, kontekstin düzgün təqdim edilməsi və ictimai məsuliyyət prinsiplərinin qorunması baxımından jurnalistin rolu əvəzolunmaz olaraq qalır. Bu çərçivədə "AI köməkçidir, müəllif deyil” yanaşmasının əhəmiyyəti xüsusi qeyd edilib.

AccessBank bundan sonra da innovativ texnologiyaların tətbiqini təşviq edən təşəbbüslərini davam etdirəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

OXŞAR XƏBƏRLƏR