'Adam bu aksiyanın fotolarına baxanda ...' - Fərid Şahbazlı

GƏNCLİK
17:55 19.08.2013
2951

Fərid Şahbazlı: "18 avqust mitinqi ənənəvi müxalifətin bütün cəhdlərini alt-üst etdi"

"Ölkədəki siyasi situatsiya və mövcud xalq dəstəyi yaxınlaşmaqda olan seçkilərdə Cənab Prezident İlham Əliyevin qələbəsini şərtləndirir"

“18 avqust mitinqi Milli Şuranın növbəti uğursuz aksiyalar seriyasının startı oldu. Bu aksiya seçkiyə sayılı günlər qalmasına rəğmən özünün vahid namizədini müəyyən edə bilməyən ənənəvi müxalifətin aksiya keçirməklə mövcudluğunu qorumaq və özünətəsəlli cəhdlərini də alt-üst etdi". 

Bu fikirləri “İslahatçı Gənclər”İctimai Birliyinin sədri Fərid Şahbazlı Milli Şuranın 18 avqust aksiyasını şərh edərkən deyib. F.Şahbazlı qeyd edib ki, proseslərin gedişi, ölkədəki siyasi situatsiya və mövcud xalq dəstəyi yaxınlaşmaqda olan seçkilərdə Prezident İlham Əliyevin qələbəsini şərtləndirir: "Bu həqiqəti Milli Şurada təmsil olunan etimad limiti tükənmiş müxalifət başbilənləri də yaxşı bilirlər. Zatən onlar seçkilərə qatılmaq qərarı verəndə məqsədləri qələbə deyil, sadəcə özlərinin müəyyən maddi maraqlarını təmin etmək idi. Bunun üçün isə görüntü xatirinə olsa belə aksiya keçirərək bunu müəyyən dairələrə təqdim etmək gərəkirdi. Ancaq təbii ki, xalqdan dəstəyi olmayan ənənəvi müxalifət bunu da bacarmadı. Bəlli həqiqətdir ki, Milli Şuranın bu aksiyasına qurumda təmsil olunan partiyaların funksionerlərindən, bu partiyaların yedəyindəki gənclər təşkilatlarının üzvlərindən və bir sıra müxalif mətbuatın təmsilçilərindən başqa kimsə iştirak etmədi. Hətta o səviyyədə ki, adam bu aksiyanın fotolarına baxanda bundan əvvəlki aksiyalarla qarışıq salır. Çünki ənənəvi müxalifətin təşkil etdiyi bütün aksiyalarda yalnız müxalifətçiliyi özünə həyat tərzi seçən bəlli adamlar iştirak edir".

Fərid Şahbazlının sözlərinə görə, Azərbaycan xalqının seçkilərlə bağlı qəti və dəyişilməz mövqeyi var: "Cənab Prezidentin regionlarda vətəndaşlarla görüşləri, gələcəyə yönəlik verdiyi mühüm mesajlar və əhalinin dövlət başçısına göstərdiyi böyük və prinspial dəstək seçkilərinin nəticələri ilə bağlı real mənzərəni ortaya qoyur. Xalq bu mövqeyini 9 oktyabrda seçki məntəqlərinə gedib səs verməklə rəsmiləşdirəcək".

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR