Adam onda dirilər

Adam onda dirilər
KÖŞƏ
14:20 13.07.2012
2230

Ceyhun Musaoğlu

[email protected]/* */

Adam onda dirilər

Batumiyə gedirəm. Təbrizə gedəndə də belə yazmışdım. Bircə Bakıya da gedə bilsəydim. Stop: Neynirsən, dost? Şikayətlə qutarmışdıq axı:

-Təşkilatın qeydiyyatdan keçib. Prezidentin yanında Qeyri Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurasına layihə də təqdim etmisən. Eşitmişəm, deyirsən ki, bəyəniləcək. Əminliyin varsa, şikayətin üstündən xətt çək. Demirəm ki, qalın xətt çək, amma hələlik xətt çək.

- Bəyəniləcəyinə əminəm. Beyin Mərkəzləri Forumunun yaradılmasını təklif etmişəm və göstərmişəm ki, JEM bunu həyata keçirə bilər. Cəmiyyət bu işdə maraqlıdı. Azərbaycanlılar uzun illərdir NƏ BAŞ verir sualına cavab axtarır. Qarabağ dərdi, tikinti bumu, mahnı ağlaşması, meyxana ulaşması, hakimiyyətin həyatı, müxalifətin ölümü - buralarda qaranlığa düşüb. Burdan gələcəyi görmək olmur...

- Yenə şikayət?..

- Yolçu qürbətə uzanan yolun başlanğıcında Peyğəmbər kimi məsum, ortasında döyüçü kimi sərt, sonunda fərari kimi qorxaq olur. Yolun əvvəlindəyəm, qorxaq olmaq məntiqə sığmaz. Özümə arxayın deyiləm ki, Batumidəki sifətlərlə Bakıdakı sifətləri müqayisə etməyəcəm. Edəcəm axı. Şikayətim adamların simasında gizlənən, bəlkə də heç vaxt olmayan, sadəcə özünün uydurduğu şəkildə başqalarının gözündə təzahür tapan gülüş hissinin olmamasındandır. Kədəri boldu burdakı adamların. Batumidə isə sevincin əlindən kədəri görmək olmur. Sevincin arxasında görmək istədiyinin nə olduğunu bilmədən boylanıb, Qara dənizin sahillərini görürsən. Bakıdasa bilirsən ki, donuq simalar görünməz olduğu yerdə dəniz var. Dənizə baxanda bütün simalar unudulur, bunu da bilirsən. Sadəcə, o dənizi görmürsən. Yazsam ki, qarşısını hündür hasarlar kəsib, bu, primitiv təsvir olacaq, hamının dediyini sən də təkrarlayırsansa ən azından göz ağrıdırsan. Eləcə yazıram: GÖRMÜRSƏN!

- Deyəsən könlündən Saakaşvilini tərifləmək keçir...

-Könlümdən İlham Əliyevi tərifləmək keçir. Elçibəyi də tərifləmək istəmişəm həmişə. Heydər Əliyevi də... Ayaz Mütəllibovun dövrü yadımda atamı itirmək səhnəsi kimi qalıb. Meydanda itirdim. Bir haşiyə çıxım: Prezidentləri tərifləmək, onları pisləməkdən daha çox xeyir verir cəmiyyətin inkişafına. Cəlil Məmmədquluzadə prinsipinin üstündən qalın xətt çəkirəm.

1990-cı il. “Azadlıq” meydanı. Yüz minlərlə insan. Atamın yanda Zəngilanda sinif yoldaşı özü azərbaycanlı, adı isə ermənidən götürülən Aşot da var. Ailədə doğulan uşaqlar elə həmin anda öldükləri üçün inanclara uyğun doğulacaq uşağın adının erməni mənşəli olmasına razılıq veriblər.

Aşotla atam yan-yana dayanıb. Atam onun adını çəkir. Tərs kimi bu səslənmə natiqin fikrini bitirməsindən sonra onu alqışlayanların əllərini yanlarına salmalarından dərhal sonra eşidilir. Açıq-aydın eşidilir.

Atamı axtaranda beynimi ən nazik uclu bizlə deşən informasiya bu idi: “Talpa tökülüb iki kişini döyürdü”... Onu xəstəxanada tapdım. Həkimi gözləyirdi. Həkimsə həmin “talpa”nın içindəydi.

- Bəs necə olmalıydı, bəlkə elə erməni xaindi.

- “Xain”? Çox pis sözdü. Oxuduğum kitablarda az rast gəlmişəm. Bu ad altında ömürləri əllərindən alınıb həbsxanaya hədiyyə edilənlər də var. Həbsxanalar da hədiyyə alır. Onların arasında Vətənə görə dəfələrlə canlarından keçənlər, ruhları sağ olduğu üçün ölməyib geri qayıdanlar da var. İndi düşünürəm ki, onlar çox qayıtdılar. Həbsxanaya qədər yol gələrlər? Heç kim həbsxanaya getmir...

- Adam Batumiyə gedər, həbsxanaya yox...

- Super - bu yerdə İradə Tuncayın “Yol romanı”ndan müəllif yazısında istifadə etməyi öyrəndiyim işarələri yan-yana düzürüəm))))))))). Ardınca davam edirəm. Daha sual gözləməyə vaxt yoxdu. “Adam Batumiyə gedər, həbsxanaya yox...” replikası sonuncu sula kimi yerindədi. Adam Batumiyə gedər...Bilirsiz nə eşitmək istəyirəm? Başqa yerlərin adamları da deyə ki, adam Bakıya gedər... Deyələr ki, adam Bakıya gedə, qarşısına siyasi dustaqlar çıxmaya, deyələr ki, adam Bakıda ola, küçələri gəzərkən haqqı tapdanmış insanlarla üzə-üzə gəlməyə, deyələr ki, binalar ürək bualandırmaya, tikinti bumu adamı yollarda saxlamaya..

Onların dediyini eşidələr. Müxalifət də iqtidardan əvvəl xahiş, sonra tələb edə. İqtidar da müxalifəti söyməyə.

Bir anlıq təsəvvürünüzə gətirin: Ölmüsüz, oğlunuz, ya qızınız yolun ortasındadı. Olsun qızınız. Hər tərəfdə adamlar qışqırır. Yazıq qız qulaqlarını tutaraq dizlərini yerə qoyub. İki tərəf savaş qışqırtısıyla ağız-ağıza gəlib. Bir tərəf tələb edir, o biri tərəf təhqir. Dirilərsiz, elə deyilmi? Adamı Allah dirildəcək. Siz ondan xəbərsiz dirilərsiz...VƏ OLARSIZ GÖRBAGOR.

Batumiyə gedirəm. Ordakı adamların sifətindən, gözümdən yayınmayan cizgilərindən reportaj hazırlayacam. Sonra o reportajın sözlə şəklini çəkib ölkəmizdəki turizm obyektlərinin sahiblərinə paylayacam. Soruşacam ki, onlar heç belə sima gördülərmi?..

Bircə Bakıya da gedə bilsəydim...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub