Ağdamda 6-ci sinif şagirdi bacısını güllələdi

Ağdamda 6-ci sinif şagirdi bacısını güllələdi
Bütün Xəbərlər
14:41 21.05.2015
3108
8-ci sinifdə oxuyan qız aldığı xəsarət nəticəsində ölüb
Azərbaycanın Ağdam rayonunda 8-ci sinif şagirdi yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Xıdırlı kəndində qeydə alınıb. Məcburi köçkün Həsənova Ayşən Hüseynqulu qızı evdə 6 sinifdə Hüseyn Həsənovla birgə olub. İlkin ehtimala görə, uşaqlar evdə oynayarkən H. Həsənovun əlindəki silahdan atəş açılıb və A.Həsənovaya dəyib. Nəticədə A. Həsənova aldığı güllə yarasından ölüb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR