Ağdamda gənc seçicilər maarifləndirildi

Ağdamda gənc seçicilər maarifləndirildi
GƏNCLİK
11:45 08.07.2013
1459
Bu gün Azərbaycanda demokratik inkişaf, dünya arenasına inteqrasiya prosesi sürətlə gedir. Müstəqilliyimizi ikinci dəfə qazandıqdan bu günədək ölkəmiz iqtisadi inkişafa və həyatın bütün sahələrində olduğu kimi insan və vətandaş azadlıqları, vətəndaşların hüquq və azadlıqlarının təmin olması, demokratik bir cəmiyyət formalaşıdrılması istiqamətində ciddi uğurlar əldə etmişdir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunmaqdadır. Bu proses bu gün də davam etdirilir.
Bildiyimiz kimi demokratiyanın əsas atributlarından biri də azad, ədalətli və şəffaf seçkilərədən keçir. 2013-cü il Azərbaycan üçün çox mühüm seçki ilidir. Bu il ölkəmizdə Prezident seçkiləri keçiriləcək. Seçkilərin demokratik keçirilməsi, şəffaflığı isə vətəndaşların seçkidə fəal iştirak etməsi, seçki haqqında mükəmməl məlumatlara malik olmaları, seçki prosesində nə etməli olduqları, bir sözlə bu sahədə maariflənməli olmalarından keçir.
Buna görə də əhalinin, xüsusən də gənclərin seçkiyə getməsi üçün onlar arasında maariflndirmə işlərinin aparılması vacibdir. Bu xususi ilə rayon yerlərində daha vacibdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən keçirilən “Ağdam rayonunda gənc seçicilərin maarifləndirilməsi və aktivliyinin yüksəldilməsi” layihəsi Ağdam rayonunun hazırda dövlətimizin nəzarətində olan 23 faiz ərazisində yaşayan gənc seçicilərin, xüsusən ilk dəfə səsvermə prosesində iştirak edəcək gənclərin maarifləndirilməsinə yönəlmişdir. “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədri Amil Cavadov bildirmişdir ki, bu layihə birbaşa rayon ərazisində yaşayan 500 nəfər ilk dəfə səsvermə hüququ qazanmış gənci əhatə edir. Layihə çərçivəsində gənc seçicilərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı xüsusi təlimçilər tərəfindən təlimlər keçirilmişdir.
Layihənin həyata keçirilməsi üçün hazırlanan maarifləndirici materiallar həm birbaşa layihədə iştirak edən gənclərə, həm də layihəyə qatılmayan digər gənc seçicilərə paylanılmışdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"