Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi

Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
SOSİAL
15:41 12.09.2026
64
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib.

Oxu.Az-ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR