Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək

Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
SOSİAL
11:34 06.07.2025
648
Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, "Prezidentin izi ilə" ənənəvi media turunda iştirak edən jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Sərabi bildirib.
 
Qeyd edilib ki, Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə tutulur:
 
"Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır. Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
03:30 30.10.2026
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
03:23 30.10.2026
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
03:16 30.10.2026
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
Ronaldo karyerasının 985-ci qolunu vurub
03:06 30.10.2026
Ronaldo karyerasının 985-ci qolunu vurub
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
02:56 30.10.2026
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
02:50 30.10.2026
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
02:43 30.10.2026
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
02:36 30.10.2026
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
02:30 30.10.2026
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
02:23 30.10.2026
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
02:16 30.10.2026
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
02:09 30.10.2026
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
02:03 30.10.2026
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
01:56 30.10.2026
Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
01:50 30.10.2026
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
01:43 30.10.2026
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib