Adebayor "Real Madrid"də

İDMAN
11:32 26.01.2011
1788

26 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanılıb. 

“Real Madrid”in hücum xəttinin gücləndirilmə zərurəti argentinalı Qonsalo İquainin ciddi zədə alaraq mövsümün sonunadək sıradan çıxmasından sonra yaranıb. “Mançester Siti” isə artıq 27 milyon funt qarşılığında bosniyalı hücumçu Edin Cekonu Almaniya “Volfsburq”undan transfer edib. Digər tərəfdən, “Blekbern”dən Roke Santa Kruz da icarəyə götürülüb. Nəticədə “şəhərlilər” Adebayorla vidalaşmağı qərara alıblar.

Qeyd edək ki, Emmanuel Adebayor 2009-cu ilin iyulunda “Arsenal”dan “Mançester Siti”yə keçib.

 

OXŞAR XƏBƏRLƏR