Xəbər verdiyimiz kimi, Azərbaycanda cəmi 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.
Bu barədə Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Təftiş Komissiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Bildiyimiz kimi plastik cərrahlar yalnız özəl tibb mərkəzlərində Səhiyyə Nazirliyinin xüsusi sertifikasiyasından keçdikləri halda fəaliyyət göstərə bilərlər. Bəs belə olan halda hər gün bir neçə plastik əməliyyat icra edən ancaq adı Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda olmayan cərrahların aqibəti necə olacaq?
Adı açıqlanmayan cərrahların sonrakı aqibəti ilə bağlı Səhiyyə Nazirliyinə sual ünvanladıq.
Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, bu gün açıqlanan siyahıda fəaliyyətinə icazə verilən cərrahların siyahısı qeyd olunub:
"Bu gün Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Təftiş Komissiyası plastik cərrahiyyə etməsinə icazə verilən cərrahların siyahısı açıqlayıb. Açıqlamada hər bir məsələ aydın yazılıb. İcazəsi olanların adları siyahıda verilib".
Həmin siyahını təqdim edirik:
Günel Hüseynli