Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə "UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə "UI GreenMetric World University Rankings”in 2026-cı il üzrə nəticələri açıqlanıb.
Nəticələrə əsasən, ADNSU dayanıqlılıq inkişaf göstəricilərinə görə Azərbaycandan reytinqə daxil olan 22 universitet arasında ilk sırada yer alıb. Universitet, həmçinin regionun ən fəal ali təhsil müəssisəsi elan olunub.
Ümumilikdə 110 ölkədən 2016 universitetin yer aldığı reytinqdə ADNSU 366-cı pillədə qərarlaşıb və Azərbaycan üzrə ən yüksək nəticəni göstərib.
Reytinqdə Bakı Dövlət Universiteti 369-cu, Azərbaycan Texniki Universiteti 436-cı, Azərbaycan Dövlət İqtisad Universiteti 445-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 449-cu yerdə qərarlaşıb.
ADNSU-nun bu nəticəsi universitetin dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.
















































