ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab
SOSİAL
19:20 02.04.2026
734
2025–2026-cı tədris ili ərzində ADNSU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni elmi layihələrin icrası, müasir proqramların tətbiqi, tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq elmi-metrik bazalarda mövqelərin gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunub. Bununla yanaşı, son dövrdə bəzi media orqanlarında universitetin fəaliyyəti ilə bağlı qarşı tərəfin mövqeyi öyrənilmədən, birtərəfli və qərəzli xarakter daşıyan materiallar yayılıb. ADNSU olaraq hesab edirik ki, ictimai müzakirələr emosional və şəxsi mülahizələrə deyil, faktlara, real göstəricilərə və rəsmi məlumatlara əsaslanmalıdır.

Ədalətli və şəffaf işə qəbul prosesi
2025-2026-cı tədris ilində genişmiqyaslı və şəffaf işə qəbul prosesi təşkil olunub. Belə ki, 470 vakansiya elan edilib və müvafiq komissiya tərəfindən seçim prosesi ədalətli şəkildə aparılıb. Nəticədə yeni müəllimlər, o cümlədən xaricdə təhsil almış məzunlar işə cəlb olunub, bir sıra əməkdaşlar isə daha yüksək vəzifələrə təyin edilib. Staistik məlumatara nəzər saldıqda görərik ki, qeyd olunan dövrdə 470 vakant yerə qarşı 6780 nəfər müraciət edib, 1146 müsahibə keçirilib və 468 nəfər işə qəbul olunub. Onu da qeyd edək ki, 200-dən artıq nəfər universitet əməkdaşı (xüsusilə gənclər) arasında vəzifədə irəli çəkilib və 30-dan artıq xaricdə təhsil alan məzunumuz ADNSU-da işə cəlb olunub. Qohumluq və ya tanışlıq əlaqələri əsasında işə qəbul barədə məlumat tamamilə böhtan xarakterlidir. Əksinə, universitetdə bir sıra vəzifələrə məhz ADNSU-nun öz gənc əməkdaşları irəli çəkilib. Həmçinin qeyd edilməlidir ki, mediada səsləndirilən iddiaların əksinə olaraq, heç bir dekan dəyişdirilməyib; yalnız bəzi struktur vəzifələr üzrə universitetin öz daxili kadr potensialından istifadə olunub və bu proses institusional qaydalar çərçivəsində həyata keçirilib.

Əməkhaqlarında artım
Eyni zamanda, 1 dekabr 2025-ci il tarixində ADNSU-nun Elmi Şurasının qərarı ilə professor-müəllim heyətinin əməkhaqları artırılıb. Qərara əsasən, dekan, kafedra müdirləri, dosentlər, baş müəllim və müəllimlərin maaşları 20%, tyutorların 33%, laborantların isə 20% artırılıb. Bu addım universitetdə akademik heyətin sosial rifahının gücləndirilməsi istiqamətində atılmış mühüm qərarlardan biridir.

Elm və tədqiqat sahəsində real irəliləyiş
ADNSU-da elmi nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi tətbiq edilir. 2025-ci ildə 270 əməkdaş bu imkandan yararlanıb 2026-cı ildə isə elmə ayrılan diferensial əməkhaqqı büdcəsi daha artırılaraq 3 milyon azn təşkil edəcəkdir. İlk dəfə olaraq 8 tədqiqatçı müəllim təyin olunub və onlar tədrislə yanaşı, elmi fəaliyyətin inkişafına mühüm töhfələr veriblər. Daxili qrant elan olunub və 18 elmi layihə universitet tərəfindən maliyyələşdirib. Təkcə 2025-ci ildə professor-müəllim heyətinin "Scopus”-da 726  məqaləsi dərc olunub, bu da keçən ilə münasibətdə 16% artıqdır.

Tələbələr üçün beynəlxalq imkanlar
ADNSU tələbələrinin xarici universitetlərdə mübadilə proqramlarında iştirakı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-2026 tədris ilinin yaz sesiyasında 76 tələbə 1 semesterlik mübadilə proqramına göndərilib. Göndərilən ölkələr arasında İsveç, Fransa, Böyük Britaniya, Qazaxıstan və Özbəkistan yer almışdır. Koreya və  Almanya universitetlərinə də mübadilə elan olunmuşdur. 

Beynəlxalq reytinqlərdə yüksələn mövqe
ADNSU 2025-ci ilin may ayında "QS Stars” auditində maksimum göstərici olan 5 ulduzla qiymətləndirilib. 2026-cı ilin mart ayında ADNSU "QS World University Rankings”in fənn reytinqində neft mühəndisliyi üzrə 101–150, kompüter elmləri və informasiya sistemləri üzrə isə 451–500 intervalında qərarlaşıb. Carı ilin mart ayında ADNSU həmçinin QS reytinq agentliyinin fənn sahələri üzrə 2026-cı il cədvəlində iki fənn üzrə yüksək pillədə yer alıb. Eyni zamanda ADNSU "QS Avropa Universitetləri Reytinqi 2026”-da 45 pillə irəliləyərək 958 Avropa universiteti arasında 349-cu yerdə qərarlaşıb. Eyni zamanda, ADNSU-da bir sıra beynəlxalq və yerli konfranslar, forumlar təşkil olunub. Universitet "Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü”, "NASCO XXVIII” elmi konfransı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edib və "AICC CASPIAN 2025”də tərəfdaş kimi iştirak edərək mükafat qazanıb.

İngilis dili tələbi ilə bağlı mövqe
Tənqidi yazılarda qaldırılan məsələlərdən biri də ingilis dilinin rolu ilə bağlıdır. Qeyd etmək lazımdır ki, ADNSU-da müəllimlərin peşəkar bilik və bacarıqları daim diqqət mərkəzində saxlanılır. Tədrisin təxminən 25%-i ingilis dilində aparılır və bu səbəbdən müəllimlərin bir qisminin bu dili yüksək səviyyədə bilməsi vacibdir. Tədris dili ingilis dilidirsə, müəllim ingilis dilində dərs keçməlidir. 

Mövcud çətinliklərlə bağlı mövqe
Universitet rəhbərliyi bəzi keçid dövrü çətinliklərini də gizlətmir. Öz əməkdaşlarımız tərəfindən hazırlanmış yeni LMS sistemi ilkin mərhələdə müəllim və tələbələr arasında müəyyən narahatlıq yaradıb. Hazırda adaptasiya və maarifləndirmə prosesi davam edir. Eyni zamanda, təqaüdlərin gecikməsi ilə bağlı yaranmış narahatlıq da universitet tərəfindən qəbul olunur və bu halın təkrarlanmaması üçün zəruri addımlar atılır.

Qeyd olunanlar ADNSU-nun son dövrdə əldə etdiyi nailiyyətlərin yalnız bir hissəsidir. Universitetin fəaliyyəti ictimaiyyətə açıqdır və görülən işlər barədə mütəmadi məlumat verilir. Eyni zamanda, cəmiyyətdən gələn rəy və təkliflər diqqətlə nəzərdən keçirilir. Universitet ətrafında gedən müzakirələr müsbət hal kimi qiymətləndirilir. Lakin bu müzakirələrin emosiyalara deyil, faktlara, real nəticələrə və konkret göstəricilərə əsaslanması daha faydalı olardı. Media qanuna əməl etmədən şər böhtan xarakterli yazılar verən mətbuat orqanları haqqında Medianın İdarə Olunması Agentliyinə şikayət yönləndiriləcəkdir: 14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv tədqim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"