ADU-da beynəlxalq konfrans keçiriləcək

ADU-da beynəlxalq konfrans keçiriləcək
GƏNCLİK
10:22 04.05.2013
2218

Mayın 6-7-si tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda beynəlxalq elmi praktik konfrans keçiriləcək.AZXEBER.COM-un məlumatına görə, konfransda yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Qlazqo Universitetinin professoru, Təhsilin İdarəedilməsi Departamentinin və Dil Mərkəzinin direktoru Esther Daborn, Cənubi Koreyanın Seul şəhərində yerləşən Hankuk Xarici Tədqiqatlar Universitetinin Türkiyə-Azərbaycan Araşdırmalar Departamentinin direktoru Çong Jin-Oh, Rusiyanın Həştərxan Dövlət Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Olqa Yeqorova, ABŞ-ın Vaşinqton şəhərində yerləşən Tətbiqi Dilçilik Mərkəzinin direktoru, əlaqələndirici vitse-prezidenti Deborah Kennedi, Böyük Britaniyanın Suffolk Universitet şəhərciyinin İncəsənət və Humanitar Elmlər fakültəsində baş müəllim, İngilis dili üzrə kurs rəhbəri Paola Trimarko, Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq Akademiyasının direktoru, Bakalavr və Magistratura məzun diplomları kursunun rəhbəri, Davamlı Peşəkar İnkişaf (CPD) meneceri Nilufər Demirkan-Cons, Türkiyənin Ankara Universitetinin professoru, TÖMER Türk dili Mərkəzinin direktoru Məsud Dursun və Almaniyanın Frayburq Pedaqoji Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun professoru, Tədris və Araşdırma işləri üzrə prorektoru, Yazı Mərkəzinin direktoru Hans Verner-Huneke iştirak edəcək.

Konfransın plenar iclasında ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açılış nitqi ilə, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov isə təbrik nitqi ilə çıxış edəcəklər.

Sonra xarici qonaqlar konfrans iştirakçılarına təqdim ediləcək. Plenar iclasda əcnəbi mütəxəsislər məruzə ilə çıxış edəcəklər. ADU-nun Elmi İşlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişi haqqında məlumat verəcək.

Qeyd edək ki, beynəlxalq konfrans “Formal və qeyri-formal təhsildə xarici dil təliminin müasir problemləri”, “Xarici dil təlimində İKT: üstünlüklər və çətinliklər” və “Xarici dil təlimində innovativ metod və tələbələrin qabiliyyətlərinin qiymətləndirilməsi” mövzularından bəhs edən bölmələrdən ibarətdir. Konfransda 160-a yaxın məruzə dinləniləcək.

Həmin gün və mayın 7-də konfrans öz işini bölmələrdə davam etdirəcək.

Mayın 7-də konfransın bağlanışı olacaq. Bağlanışda bölmə rəhbərlərinin hesabatı dinləniləcək və yekun sənəd qəbul olunacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər