'AEGEE-Bakı'dan gənclərə gözəl fürsət

GƏNCLİK
00:27 05.03.2012
3270
AEGEE (Association des Etats Generaux des Etudiants de l'Europe), yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır. Təşkilat Avropanın 42 ölkəsinin 230 şəhərindən olan 15.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, qeyri-siyasi və qeyri-kommersial təşkilatdır. 2004-cü ildə bir neçə Avropa inteqrasiyası ideyalı azərbaycanlı tələbə yerli antennanın açılması təşəbbüsü ilə çıxış etmiş və artıq həmin ildə Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçirmişlər. Fəaliyyətinin 8 ili ərzində AEGEE-Bakı təşkilatı Azərbaycan gənclərinin Avropaya inteqrasiyasına əsaslı töhvə vermiş bir çox gənclər mübadiləsi proqramı həyata keçirmişdir. Əgər sən də AEGEE ailəsinə qoşulmaq istəyirsənsə, yerli və beynəlxalq layihələrdə iştirak etmək istəyirsənsə aşağıdakı linkə daxil ol və üzvlük üçün qeydiyyatdan keç!https://bit.ly/w193xG "Avropa Tələbələri Forumu Bakı" İctimai Birliyiwww.aegee-baki.org [email protected]/* */ Tel: (+99412) 4954567

OXŞAR XƏBƏRLƏR