@AEGEE-Sumqayıt İctimai Birliyi 9-11 sentyabr tarixi arasında AEGEE Training Camp layihəsi həyata keçirəcək.
Bu barədə AZXEBER.COM-a birliyin sədri Azər Məhərrəmov məlumat verib. "Yeni ruh, Yeni bacarıqlar, Yeni dostlar" devizi altında baş tutacaq düşərgə Azərbaycanın səfalı guşəsi olan Nabranda təşkil ediləcək. 3 günlük təlim düşərgəsində tələbə və gənclər QHT-lərdə işləmək, ictimaiyyətlə əlaqələrin qurulması, təşkilat və kampaniyaların maddi fondunun artırılması, özünə inam və auditoriyaya təsir, şəbəkələşmə, komandanın qurulması kimi əsas bacarıqlara yiyələnmək şansı qazanacaqlar. Əylənərək öyrənmək bizim əsas şüarımızdır. Layihənin rəsmi tərəfdaşı STEP Group təlim şirkətidir.