Afət Fərmanqızına qarşı dələduzluq edildi

Afət Fərmanqızına qarşı dələduzluq edildi
MAQAZİN
12:36 05.06.2026
188
Müğənni Afət Fərmanqızı dələduzluğa məruz qaldığını bildirib.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi şəxsi nömrəsinə tanışının adından mesaj gəldiyini və ondan 300 manat pul istədiyini deyib.
 
Sənətçi mesajdan şübhələndiyi üçün pul göndərmədiyini bildirib:

"Mənə tanışımın adından mesaj gəldi. Baxdım ki, öz şəklidir, amma yeni nömrədir. Dedi ki, Şəbnəm Tovuzlunun oğlunun ad günüdür, ora gedirəm. Kartımda 200 manat var. Mənə 300 manat da sən yolla, bir hədiyyə alım, axşam qaytaracağam. Mən həmin nömrəyə zəng etdim, dəstəyi qaldırmadı. Ona bildirdim ki, səsini eşitməsəm, sənə pul gpöndərməyəcəyəm və göndərmədim də".
 
Aysel
OXŞAR XƏBƏRLƏR