AFFA-dan Aygün Kazımovaya böyük zərbə

MAQAZİN
13:36 20.09.2012
5251

Aygün Kazımovanın “QOL” mahnısı AFFA-ya lazım olmayıb.

Gun.Az xəbər verir ki, AFFA-nın sifarişi və dəstəyi ilə Qadınlar arası dünya futbol çempionatı üçün himn yazdıran Aygün Kazımovanın “Qol” mahnısı bəyənilməyib. Son məqamda müğənni ilə razılaşmayan təşkilatçılar xalq artistinin çempionat ərəfəsində nəzərdə tutulan xidmətlərindən, həm də “Qol” mahnısından vaz keçiblər. Belə ki, Bulvarda yaradılan “Fan Zone”nin açılışında Aygün Kazımovanın çıxışı gözlənilsə də, ona səhnəyə çıxmağa icazə verməyiblər. Qeyd edək ki, “Qol” mahnısının sözləri Namiq Qaraçuxurluya məxsusdur.

OXŞAR XƏBƏRLƏR