AFFA hakimləri təhqir edən futbolçu və məşqçini cəzalandırdı

AFFA hakimləri təhqir edən futbolçu və məşqçini cəzalandırdı
İDMAN
04:30 13.11.2026
79
AFFA İntizam Komitəsi II Liqada baş verən qayda pozuntularına görə iki nəfər barəsində qərar çıxarıb.

"Şəmkir"in futbolçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə görüşün 90-cı dəqiqəsində baş hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

Oyunçu dörd matçlıq diskvalifikasiya edilib. "Şəmkir" klubu isə 1 000 manat cərimələnib.

"Difai"nin məşqçisi Əli Hüseynov da oxşar səbəbdən cəzalandırılıb. O, "Zəngəzur"la qarşılaşmanın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib.

İntizam Komitəsinin qərarına əsasən, Əli Hüseynov dörd oyunluq cəza alıb, "Difai" klubu isə 1 000 manat cərimə ödəyəcək.
 
///sfera.az
OXŞAR XƏBƏRLƏR