AFFA-nın baş katibi: “Kim nə deyir, desin, millimiz tarixi nəticə qazandı”

AFFA-nın baş katibi: “Kim nə deyir, desin, millimiz tarixi nəticə qazandı”
İDMAN
10:13 12.10.2011
1704
“Komandamız səfərdə oynasa da, fikrimcə, əzmkarlıq göstərdi. Normal, yaxşı oyun göstərdi”.AZXEBER.COM-un məlumatına görə, bu sözləri Lent.az saytının İstanbula ezam olunan əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Milli komandamız Avro-2012-nin seçmə qrup mərhələsində sonuncu matçına çıxdı. “Türk Telekom Arena”da Türkiyə yığmasına 0:1 hesabı ilə uduzduğumuz qarşılaşmadan sonra Məmmədov oyunla bağlı fikirlərini açıqlayıb. “Türkiyə millisinə 3 xal mütləq lazım idi. Bu, qələbə onlara həyat qədər vacib idi. Onlar meydanda maksimum güc qoydular. Futbolçularımız isə səfərdə oynamasına baxmayaraq, yaxşı təsir bağışladı. Bu da bizi sevindirir. Amma təbii ki, uduzmaq bizi sevindirmir. Türkiyə yığmasını pley-off mərhələsinə çıxması münasibətilə təbrik edirəm. Məncə belə oyunla Avstriyaya qarşı 11 futbolçu ilə mübarizə aparsaydıq, minimum 1 xal qazana bilərdik”. Baş katib bildirib ki, artıq başa çatmaq olan təsnifat mərhələsində tarixi nəticə qazanıb: “Türkiyə meydana yalnız qələbə üçün çıxmışdı. Rəqib xal itirə bilməzdi, bu səbəbdən 11 nəfərlə hücuma atılmışdı. Səfər sınağı olduğundan, komandamız daha çox yarımmüdafiə və müdafiədə oynayırdı. Kim nə deyirsə, desin, millimiz cari seçmə mərhələdə tarixi nəticə qazandı”. Məmmədov baş məşqçi Berti Foqtsun millimizdəki gələcək taleyi barədə də danışıb: “Qarşıda yoldaşlıq oyunlarımız var. Bundan sonra AFFA rəhbərliyi onunla müqavilənin uzadılıb-uzadılmağı haqda qərar verəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO