AGAT gənclərin beynəlxalq internet marafonunu həyata keçirib
GƏNCLİK
08:43 13.08.2011
1970
AGAT-ın mətbuat katibliyindən verilən məlumata görə, 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş internet marafonunda 30-a yaxın ölkədən gənclər təşkilatları təbrik videoçarxları göndərib. Estoniya, Mərakeş, Moldova, Rumıniya və ABŞ-dan göndərilən təbrik çarxları müxtəlif nominasiyalara layiq görülüb. Təbriklərin ən yaxşılarının seçilib Azərbaycanın internet şəbəkələrində və portallarında gün ərzində yayımlanması nəzərdə tutulub.