AGAT-ın Ermənistana etiraz - AÇIQLAMA

GƏNCLİK
15:30 05.08.2014
1661

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı(AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və qərb demokratik dəyərlərinin əsas təbliğatçılarlından biri kimi fəaliyyət göstərir. Əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır.

Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə, Dağlıq Qarabağ bölgəsini və ona bitişik rayonları işğal altında saxlayan Ermənistan Respublikası öz silahlı qüvvələri vasitəsilə Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 21 ildən artıq müddətdə Azərbaycanın son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmiş və 14 nəfərdən artıq Azərbaycan əsgərini şəhid ediblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına səbəb olub.Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 Qətnamənin lazımsız bir sənədə çevrilməsi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq ermənistanın işğalçı və terrorçu bir dövlət kimi tanınmasında maraq göstərməməsi cəzasızlıqdan azğınlaşmış bu dövlətin növbəti təcavüz və terror aktı həyata keçirməsinə böyük zəmin yaratmışdır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi ( 822,853,874 və 884 ) qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyon 200 mindən artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər.

Biz bir daha beynəlxalq təşkilat və qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik. Biz müharibədən əziyyət çəkən, hər an bu təhlükəni yaşayan Azərbaycan gəncliyi olaraq, beynəlxalq gənclər ictimaiyyətinə ,əlaqədar siyasi qurumlara müraciət edərək, Ermənistanın Azərbaycana qarşı bu işğalçılıq siyasətinin dayandırılmasına, erməni hərbi qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik ərazilərimizdən çıxarılmasına və Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin bərpasına çağırışlar etməsini, ədalətli mövqe nümayiş etdirməsini Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı olaraq tələb edirik.

 

OXŞAR XƏBƏRLƏR