AGAT “Mənim ideyam var!” adlı seminar keçirəcək

GƏNCLİK
21:31 27.10.2011
1834
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 28 oktyabr, 2011-ci il tarixində “Mənim ideyam var!” adlı seminar keçirəcəkdir. AGAT-dan AZXEBER.COM-a verilən məlumata görə, tədbir Rus Mədəniyyət və İnformasiya mərkəzində saat 15.00 –da başlayacaq. “Mənim ideyam var !” adlı seminar QHT-lərdə fandreyzinqin, gəlir və gəlir mənbələrinin artırılması mövzusunda olacaq. Tədbir çərçivəsində gənclərinin ideyasının formalaşdırılması, onun həyata keçirilməsisi üsulları barədə məlumat veriləcək. Seminarı AGAT–ın fandreyzinq şöbəsinin rəhbəri, biznes etikası üzrə mütəxəssis Gunel İbrahim aparacaq. Keçiləcək mövzu 4 hissədən ibarətdir:İdeya nədir və necə formalşır;İdeyanın layihə formasına necə salmalı;İdeyanın həyata keçməsində zəruri olan resurslar harada və necə əldə etməli.Tədbirdə QHT sədrləri, fəal və istedadlı gənclər və KİV numayəndələri iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR