Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova sentyabrın 9-12-də Kosta-Rikada keçiriləcək Qlobal Gənclər Sammitində iştirak edir.
AGAT-ın mətbuat xidmətindənSalamNews-a verilən məlumata görə, sammitin açılış günündə ECOSOC-un prezidenti Nestor Osorio, CİSCO-nun vitse prezidenti Ovard Çerni, BMT-nin Gənclər üzrə səfiri Əhməd Alhendavi vədigər rəsmilər iştirak edib.
Bildirək ki, AGAT sədri Sammit çərçivəsində təşkil olunmuş “Gənclər, İKT və İnnovasiya” panelində çıxış edərək Azərbaycanın İKT üzrə əldə etdiyi uğurları, əsasən yeni yaranmış İKT Fondu, Yüksək Texnologiyalar Parkının inşası, İKT İnstitutu barədə danışıb.
G.Səfərova bildirib ki, həyata keçirilən dövlət proqramlarının hədəfi əsasən gənclərdir və onlar İKT siyasətinin ayrılmaz hissəsidir.Onunla ilə eyni paneldə Kosta Rikanın Təhsil naziri Leonardo Qarniyer Rimolo, Beynəlxalq Kommunikasiya Birliyinin baş katibi Hamadun Ture, ABŞ-ın gənclər məsələləri üzrə xüsusi məsləhətçisi Zinat Rahman olublar.