"Agricola" "Yeni dövrə bizimlə başla" adlı tədbir keçirdi - VİDEO

"Agricola" "Yeni dövrə bizimlə başla" adlı tədbir keçirdi - VİDEO
İQTİSADİYYAT
11:34 09.08.2024
607
"Agricola” şirkəti tərəfindən "Yeni dövrə bizimlə başla” adı altında tanışlıq və dostluq tədbiri keçirilib. 

AZXEBER.COM xəbər verir ki, "Marriott Absheron” hotelində baş tutan tədbirdə şirkət rəhbərliyi, əməkdaşları, fermerlər, əkinçilər, kənd təsərrüfatı sahəsində olan işçilər, digər özəl müəssisələrin rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Tədbir zamanı "Agricola”nın fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, şirkətin əsas fəaliyyət istiqaməti fermerlərin tələbatının ödənilməsi üçün ən müasir gübrə növləri olan torpaq gübrələri, maye gübrələri və bitki mühafizə vasitələrinin idxalı təşkil edir. 

Xaliq Məmmədovun rəhbərlik etdiyi şirkət dünyanın öncül gübrə istehsalçıları olan "Yara Suomi” (Norveç), "Biosen” (Türkiyə), "Intermag” (Polşa), "Rotem Amfert” (İsrail) və digər şirkətlərin distribütoru və nümayəndəsi kimi Azərbaycanda çıxış edir.

Hazırda 10-dan artıq ölkədən gətirilən 170 çeşiddən artıq məhsul fermerlərə təklif olunur. 

Bundan əlavə, idxal olunan ən qabaqcıl, o cümlədən yeni nəsil sayılan gübrələrdən "Foliar Yara Vita Brassitrel Pro”, "Yara Vita Agriphos”, "Biosen” şirkətinin orqanik gübrələri ölkənin ən böyük əkin sahələrində sınaqdan keçirilməkdədir. 

"Agricola” ölkəmizdə kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyaların tətbiq olunmasına və ekoloji təmiz məhsulların yetişdirilməsi üçün maye və orqanik gübrələrdən istifadə təcrübəsinin öyrənilməsi istiqamətində yerli və xarici aqronomlardan istifadə edərək fermerlərimiz üçün praktiki dəstək göstərir.

Şirkət qısa zaman ərzində yüksəkpotensiallı kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini müasir dövrün tələblərinə uyğun təşkil edib. 

Aqrar sahə üzrə çalışan şirkət Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurub.

Şirkətdə bir sıra xidmətlər mövcuddur:

- Kənd təsərrüfatı müəssisələrinin və fermerlərin istənilən tələbatının ödənilməsi üçün hər növ gübrə, toxum, mikroelement, bitki mühafizəsi vasitələri, pestisid, mal-qara, heyvan yemi və digər kənd təsərrüfatı təyinatlı malların idxalı və satışı;
- İri həcmlərdə suda həll olunan, maye, bio və mineral gübrələrin satışı;
- Hər növ kənd təsərrüfatı işləri üzrə aqrokonsaltinq xidmətləri;
- Kənd təsərrüfatı sahəsində hər növ layihələrin hazırlanması və idarə olunması;
- Aqronom dəstəyi;
- Aqrar sahədə çalışan fermerlərə məhsul və xidmətləri daha rahat, həmçinin əlçatan etmək üçün geniş satış şəbəkəsi.

"Agricola”nın regionda 50-dən çox satış məntəqəsi mövcuddur: 

Bu satış məntəqələri Bakı, Abşeron – Xızı, Quba, Qusar, Xaçmaz, Şəki-Zaqatala, Lənkaran-Astara, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Dağlıq Şirvan, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan, Naxçıvan, Cəlilabad, Biləsuvar, Masallı, Neftçala, Beyləqan, Ağdam, Bərdə, Yevlax, Şəki, Qəbələ, İsmayıllı, Şəmkir və Ağcabədidə yerləşir.

Türkiyə, İsrail, Finlandiya, Norveç, Polşa, İordaniya, İspaniya, Litva, Gürcüstan, Slovakiya və Rusiyadan 170-ə yaxın çeşid gübrə və dərmanlar şirkət tərəfindən təqdim olunur. 

Şirkətin əsas missiyası insanların həyatı, sağlamlığı və ətraf mühitin qorunması tələblərinə cavab verən ekoloji təmiz gübrələri fermerlərə təqdim etməkdir.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır