Avropa İttifaqı (Aİ) Rusiyadan gələn turistlər üçün viza qaydalarını sərtləşdirməyi planlaşdırır.
"Politico” xəbər verir ki, Avropa Komissiyası bununla bağlı təklifi 2027-ci ilin əvvəlində təqdim edəcək.
Məqsəd hibrid təhdidlərə qarşı təhlükəsizliyi gücləndirməkdir.
Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner üzv dövlətləri Rusiya vətəndaşlarına daha az viza verməyə çağırıb. Polşa, İsveç və Estoniya da daxil olmaqla, bir sıra ölkələr keçmiş rusiyalı hərbçilər üçün də daha sərt qaydaların tətbiqini tələb edir.
Ötən il Rusiya vətəndaşlarına təxminən 478 min Şengen vizası verilib. 2022-ci ildən əvvəl bu göstərici ildə 4 milyona yaxın olub.
///qafqazinfo///










































