Aİ Rusiyanı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb

Aİ Rusiyanı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb
DÜNYA
20:12 04.05.2023
324
Avropa İttifaqı Rusiyanı Ukraynadakı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu gün Brüsseldə Aİ-nin inkişafı məsələlərinin müzakirəsi üçün nazirlərin görüşündə bildirib.

Borrell deyibb ki, Rusiyanın hücumları dayandırması və Ukraynanı tərk etməsi üçün Aİ Kiyevi silahla təmin edir və dəstəkləyir.

Onun sözlərinə görə, Rusiya hökuməti dünən pilotsuz uçuş aparatının (PUA) Kremlə baş vermiş hücumundan Ukraynadakı münaqişəni daha da gərginləşdirmək üçün istifadə etməməlidir.

"Biz Rusiya Federasiyasını bu qondarma hücumdan münaqişənin daha da gərginləşməsi üçün arqument kimi istifadə etməməyə çağırırıq. Biz həmin hücumun Ukraynaya qarşı daha Rusiya tərəfdən çox qoşun toplanmasına və yeni hücumlara səbəb ola biləcəyindən narahatıq”, - deyə Borrell əlavə edib.

Borrell həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin "Ukrayna Rusiya ərazisinə hücum etmir, öz torpaqlarını müdafiə edir” sözlərinə inanır.

Xatırladaq ki, dünən Rusiya Prezidentinin Kremldəki iqamətgahına zərbələr endirmək üçün iki PUA-dan istifadə edilməsi barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, PUA-lar zərərsizləşdirilib, Vladimir Putin xəsarət almayıb və hər zaman olduğu kimi işini davam etdirir.

Kreml bu hücumu əvvəldən planlaşdırılan terror aktı və ölkə liderinə qarşı sui-qəsd kimi qiymətləndirib.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
16:10 21.09.2026
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
16:07 21.09.2026
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
16:06 21.09.2026
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
15:55 21.09.2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
15:41 21.09.2026
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
15:32 21.09.2026
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
15:27 21.09.2026
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
14:48 21.09.2026
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
14:44 21.09.2026
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
14:43 21.09.2026
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
14:38 21.09.2026
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
“Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”
14:16 21.09.2026
“Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”
14:10 21.09.2026
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”
AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü
14:09 21.09.2026
AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü
Həsən Həsənov: “Ad çəkilir, amma konkret mənbə göstərilmir”
13:59 21.09.2026
Həsən Həsənov: “Ad çəkilir, amma konkret mənbə göstərilmir”
70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə
13:58 21.09.2026
70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə