‘Ailə TV’ ailələri necə aldadır? - ŞİKAYƏT

‘Ailə TV’ ailələri necə aldadır? - ŞİKAYƏT
Bütün Xəbərlər
14:03 10.04.2014
1971

Şirkət artıq neçə gündür ki, abunəçiləri televiziya üzünə həsrət qoyub

Azərbaycanda bir çox şirkətlərin istehlakçı hüquqlarını pozduğunu, onlara baha və keyfiyyətsiz xidmət göstərdiyi barədə müzakirələr gündəmə gəlsə də, təəssüf ki, bu kimi hallar hələ də öz həllini tapmır.

İstehlakçı hüquqlarına etinasız yanaşan, onları vaxtlı-vaxtında ödənişə məcbur edib, özü isə öhdəliklərini yerinə yetirməyən şirkətlərdən biri də müştərilərə yayım xidməti göstərən “Ailə TV” şirkətidir. Vaxtaşırı olaraq şirkətin istehlakçıların hüquqlarını pozduğu, müştərilərə keyfiyyətsiz yayım təqdim etdiyi ilə bağlı müzakirələr gündəmə gəlsə də, onlar nəinki bundan nəticə çıxarmır, əksinə öz qüsurlu fəaliyyətini davam etdirirlər.

Artıq iki gündür “profilaktika” adı ilə minlərlə abunəçini televiziyasız qoyan şirkət problemi həll etmək, müştəriləri məlumatlandırmaq əvəzinə, bütün telefonlarını söndürülmüş vəziyyətə gətirib. Abunəçilər davamlı olaraq şirkətin “920” və saytında göstərilən digər nömrələrə zəng etsələr də, dəstəyi götürən olmur və avtomatik zənglərdən imtina edilir.

Xatırladaq ki, bu şirkət paytaxtda inşa olunan yeni tikili binaların rəhbərliyi ilə müəyyən maddi maraqlar qarşılığında anlaşaraq, həmin binalarda digər şirkətlərin fəaliyyət göstərməsinə mane olur. Bu səbəbdən göydələnlərdə yaşayan sakinlər efir üzünə həsrət qalırlar.

Bizdə olan məlumata görə, şirkətin mətbuat katibi olsa da, onu nəinki mətbuatda, heç şirkətin özündə belə tanıyan yoxdur. Bu səbəbdən məsələyə hər hansı formada aydınlıq gətirmək cəhdlərimiz də nəticəsiz qaldı. (editor.az)

OXŞAR XƏBƏRLƏR