'Ağıllı bala' uşaqları sevindirdi

Bütün Xəbərlər
23:45 11.09.2012
2602

1 saylı Nəsimi Rayon Körpə Uşaq Evi təmənnasız şəkildə uşaq bezləri ilə təmin olunub.

AZXEBER.COM xəbər verir ki, “Ağıllı Bala” jurnalının təşkilatçılığı ilə keçirilən aksiyada 40 azyaşlıya 80 bağlama uşaq bezi hədiyyə olunub. “Onlar bizim gələcəyimizdir” adlı aksiyada könüllü şəkildə jurnalın oxucuları olan valideynlər də iştirak edib. Sentyabrın 1- in baş tutan aksiyaya maliyyə dəstəyini Kiberly Clark şirkətinin HUGGIES usaq bezi brendi təmin edib. Aksiyanın keçirilməsində məqsəd uşaq bezləri ilə təmin olunmayan körpələr evlərinə dəstək olmaq, bununla da azyaşlılarda yarana biləcək uroloji, ginekoloji fəsadların qarşısını almaq və baxıcıların uşaqlara qayğı işini asanlaşdırmaqdır.

“Ağıllı Bala” jurnalının baş redaktoru Fatimə Alxasın verdiyi məlumata görə jurnal bu cür aksiyaları davam etdirməyi hədəfləyir. Jurnal növbəti bu cür görüşü Psixo-Nevroloji Uşaq Evinin körpələri ilə keçirmək niyyətindədir. 

OXŞAR XƏBƏRLƏR