“Ağıllı” qaz sayğacları niyə ancaq yeni tikililərdə quraşdırılır? - AÇIQLAMA

“Ağıllı” qaz sayğacları niyə ancaq yeni tikililərdə quraşdırılır? - AÇIQLAMA
SOSİAL
15:50 20.03.2023
319
2022-ci ildən Azərbaycanda yeni mexaniki sayğacların quraşdırılması prosesi davam edir. Bunlar faktiki olaraq smart cihazların bərkidildiyi mexaniki sayğaclardır.

AZXEBER.COM xəbər verir ki, yeni smart cihazların niyə yalnız yeni tikililərdə quraşdırıldığı, onların digər sayğaclardan nə ilə fərqləndiyi və ödənişin necə aparılacağı barədə "Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və onlara nəzarət şöbəsinin müdiri Rövşən Mehyəddinov Media.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, bu gün "Azəriqaz”ın 2,5 milyon abonenti var ki, onların da 65 faizi mexaniki-elektron sayğaclarla təmin olunub, 35 faizi oflayn rejimdə işləyən smart-kart sayğaclardan istifadə edir. 2022-ci ildən ilk dəfə olaraq smart cihazların quraşdırılmasına başlanılıb.

Bu cihazlar bütün lazımi məlumatları mərkəzləşdirilmiş qaydada ötürməyə, eyni zamanda borclu abonentlərin qaz təchizatını məsafədən dayandırmağa imkan verir.

"Bu, pilot layihədir və bu layihə çərçivəsində 35 minə yaxın belə cihaz artıq quraşdırılıb. Qeyd etmək lazımdır ki, hələlik bu cihazlar yalnız yeni binalarda quraşdırılıb, çünki biz müvafiq proqram təminatını sınaqdan keçirməyə davam edirik. Bütün abunəçiləri birdən-birə yeni sistemə keçirmək mümkün deyil, bu mərhələli prosesdir”, - deyə o qeyd edib.

Bundan əlavə, smart cihazların niyə yalnız yeni tikililərdə quraşdırılması ilə bağlı sualı cavablandıran "Azəriqaz” nümayəndəsi izah edib ki, inşaatçıların özləri tərəfindən bu cihazlar alınır və qaz borularının çəkilməsi mərhələsində quraşdırılır.

"Hazırda ölkənin yeni sistemə tam olaraq nə zaman keçəcəyini söyləmək çətindir. Bu, artıq quraşdırılmış sayğaclarda proqram təminatının sınaq proseslərinin necə gedəcəyindən asılı olacaq. Əgər 2-3 ay ərzində bütün məsələlər həll olunarsa, o zaman dövlət yeni sayğaclara smart cihazlarının quraşdırılması prosesinə mərhələli şəkildə başlaya biləcək”, - deyə Rövşən Mehyəddinov bildirib.

Onun sözlərinə görə, "ağıllı” sayğacların ən əsas üstünlüyü ondan ibarətdir ki, onlar təkcə istehlak edilmiş qazla bağlı məlumatları deyil, həm də özünüdiaqnostika, fövqəladə vəziyyətlər və nasazlıqlar barədə məlumatları da ötürür. Cihaz həmçinin idarə olunan qaz parametrlərinin icazə verilən həddən artıq olub-olmamasına da nəzarət edir. Qazın verilməsində nasazlıqlar yaranarsa, göstəricilər sistem tərəfindən qeydə alınır və cihazın yaddaşında saxlanılır, sonra avtomatik olaraq "Azəriqaz” serverinə ötürülür.
"Abunəçilər qaz ödənişini təkcə smart-kart, SMS və ya terminal vasitəsilə deyil, həm də onlayn rejimdə ödəyə biləcəklər. Bunun üçün telefonlarda xüsusi tətbiqin yaradılması nəzərdə tutulur ki, vətəndaşlar bu tətbiqi yükləməklə qadjetlər vasitəsilə ödəniş edə biləcəklər. Burada "Azəriqaz”la bağlanmış müqavilə, sayğacın özü, abonentin göstəriciləri və borcları haqqında da məlumatlar veriləcək”, - deyə o izah edib.

Rövşən Mehyəddinov bildirib ki, cihazlar quraşdırılmazdan əvvəl abunəçilərə SMS-lər göndəriləcək. Növbəti mərhələdə Bakının sıra ilə bütün rayonlarını əhatə edəcək mərhələli quraşdırma planlaşdırılıb.

"İstifadəçilərin yeni sayğaclarla təmin edilməsi prosesi beş il çəkə bilər. Ona görə də paytaxtın rayonlarında mərhələli quraşdırma nəzərdə tutulur ki, bu da "Azəriqaz”ın vəsaiti hesabına həyata keçiriləcək”, - deyə Rövşən Mehyəddinov fikrini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."