Ağır xəstə təcili yardımla xəstəxanaları dolaşdı, heç biri qəbul etmədi - Bakıda rəzalət

Ağır xəstə təcili yardımla xəstəxanaları dolaşdı, heç biri qəbul etmədi - Bakıda rəzalət
SOSİAL
14:48 16.01.2017
19116

Ötən gecə Bakıdakı xəstəxanalarda xəstəni ağır vəziyyətə salan olay yaşanıb. Həkim səhlənkarlığı ucbatından illərdir əlil arabasına məhkum olmuş və 22 dəfə əməliyyat keçirən üç uşaq anası Aynurə Xudiyevanın səhhəti qəflətən pisləşib və təcili tibbi yardım çağırılıb. Vəziyyəti kəskinləşən qadın təcili yardım maşını ilə aparıldığı xəstəxanalar tərəfindən qəbul edilməyərək geri göndərilib. 

Belə ki, 3 saylı Şəhər Klinik Xəstəxanası, M.Ә.Mirqasımov adına Respublika Kliniki Xәstәxanası, Neftçilər Xəstəxanası və Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutu xəstənin təyinatının olmadığını əsas gətirərək qəbul etməyib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Cebhe.info-ya Aynurə Xudiyevanın anası Səkinə Əliyeva məlumat verib: 

"Birinci Sabunçudakı 3 saylı Klinik Xəstəxanaya aparıblar, ora götürməyib. Sonra Respublika Kliniki Xəstəxanaya gediblər. Oradan da xəstəni geri qaytarıblar. Daha sonra Neftçilər, ondan sonra isə Travmatalogiya Xəstəxanalarına aparılıb, qəbul etməyiblər. Qızım az qalırdı ki, keçinsin. Ağır vəziyyətdə evə gətirdilər. Apardığımız xəstəxanalar təyinat olmadığına görə qızımı xəstəxanaya qəbul etməkdən imtina ediblər. Evdən tələsik çıxdığımıza görə təyinatı götürməmişdik. Həkimlərə dedim ki, xəstəni qəbul edin, bu gecə xəstəxanada qalsın, səhər kağızlarını gətirərəm. Razı olmadılar, bildirdilər ki, o kağızları verməsəniz, xəstə qəbul edilməyəcək. Qızımda 9 ildir ki, yara var. Sümük çıxmalıdır, onun üçün isə 30 min manat pul lazımdır. İmkanımız yoxdur deyə qız illərdir ki, əziyyət çəkir. Ona görə də vaxtaşırı qanına zəhərlənmə keçir, vəziyyəti pisləşir. Dünən də bu səbəbdən halı pisləşmişdi. Dəfələrlə qanını yuduzdururuq, ondan sonra yaxşılaşır. Ən son yayda 600 manat verib qanınınə təmizlətdik. Xəstəxanada da həmin məsələni dedik ki, qan mütləq yuyulmalıdır. Heç olmasa qanını yuyun, vəziyyəti düzəlsin. Heç nə etmədilər, ümumiyyətlə, yaxına buraxmadılar”. 

Səkinə Əliyevanın sözlərinə görə, qızı 3 saylı Klinik Xəstəxanada qeydiyyatdadır. Təyinat oradan verilməlidir ki, istənilən xəstəxana xəstəni qəbul edə bilsin: 

"Səhəri birtəhər açdıq. Amma qızımın vəziyyəti düzəlməyib. İndi 3 saylı Xəstəxanaya gedirik, görək necə olacaq”. 

Qeyd edək ki, "Cümhuriyət” qəzeti 22 dəfə əməliyyat keçirən üç uşaqlı ananın vəziyyəti barədə yazı dərc edib. Həkim səhlənkarlığının qurbanı olmuş 29 yaşlı Tərtər rayonundan məcburi köçkün Aynurə Xudiyeva 9 ildir ki, yataq xəstəsidir. Aynurə Xudiyeva 9 il əvvəl üçüncü mərtəbədən yıxılıb və beli sınıb. Elə o vaxtdan da əlil arabasına möhtac qalıb. 

Yataqda və əlil arabasında çox olduğundan ayağında yataq yarası əmələ gəlib. İki il hissiyatı olmadığı üçün bu yaranın necə əmələ gəldiyindən xəbərsiz olub. Biləndə isə artıq çox gec olub və yara sümüyə çatıb. Artıq sümükdə də çürümə gedir. Türkiyə və İran həkimləri yaranın sağalması üçün bud nahiyyəsinin arxa tərəfində olan sümüyün çıxarılacağını məsləhət biliblər. Yəni yalnız bundan sonra yara sağala bilər. Əməliyat üçün 30 min manat tələb edilir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
00:27 17.04.2026
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
00:13 17.04.2026
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
00:10 17.04.2026
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
00:09 17.04.2026
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
00:01 17.04.2026
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
23:55 16.04.2026
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
23:44 16.04.2026
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
23:33 16.04.2026
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
23:20 16.04.2026
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
23:10 16.04.2026
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
22:50 16.04.2026
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
22:46 16.04.2026
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
22:39 16.04.2026
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
22:29 16.04.2026
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
22:19 16.04.2026
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
“BMW” ilə motosiklet toqquşdu
22:05 16.04.2026
“BMW” ilə motosiklet toqquşdu