Ötən gecə Bakının Xətai rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Nobel prospektində baş verən qəza zamanı Quliyev Rəşad Xanlar oğlunun idarə etdiyi “Mercedes” markalı atvomaşın maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Hadisə barədə məlumat daxil olan kimi xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. İlkin araşdırmalar isə yol nəqliyat hadisəsinin baş vermə səbəblərini də ortaya çıxarıb. Xətai RPİ-nin müstəntiqi Ceyhun Mircavadovun verdiyi məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı Xətai rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb və hadisə ilə bağlı ekspertizalar təyin edilib. Araşdırmalarının sonunda isə qəzanını dəqiq hansı səbəbdən baş verdiyi məlum olacaq.