Ağır yol qəzası: xəsarət alan var - FOTOLAR

Ağır yol qəzası: xəsarət alan var - FOTOLAR
Bütün Xəbərlər
00:13 16.01.2015
844

Faktla bağlı araşdırma aparılır.

Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə və Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhər sakini 1991-ci il təvəllüdlü Azayev Fuad Sultan oğlunun idarə etdiyi “VAZ 21099”-la “Mersedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində “VAZ 21099”-un sürücüsü xəsarət alıb. Ona Xaçmaz

Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hadisədən sonra “Mersedes”-in sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR