“Akademi” Karyera Seminarı layihəsi çərçivəsində növbəti tədbir keçirildi (FOTOLAR)
GƏNCLİK
17:52 24.11.2011
2282
“Akademi” Karyera Seminarı layihəsi çərçivəsində növbəti tədbir keçirildi.“Akademi” Təhsil Mərkəzi gənclərə uğurlu karyera qurmaqda dəstək olmaq məqsədilə “Akademi karyera seminarı” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. AZXEBER.COM-un verdiyi xəbərə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Gənclikdə yerləşən korpusunda baş tutan seminarda 300-ə yaxın gənc iştirak edib.Tədbiri giriş sözü ilə açan “Akademi” Təhsil Mərkəzinin ictimaiyətlə əlaqələr üzrə müdürü Nuranə Ağayeva tədbirin uğurlu şəkilə baş tutması üçün Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə, Türk Dünyası İşlətmə Fakültəsinin Həmkarlar ittifaqına və Akademi Təhsil Mərkəzinin rəhbəri Murad Ağalarov cənablarına təşəkkür edərək bildirib ki, mərkəz tərəfindən vaxtaşırı olaraq müxtəlif universitetlərdə karyera seminarları təşkil olunur və bu kimi silsilə tədbirlər Azərbaycanın reytinqli universitetlərində mütəmadi olaraq davam etdiriləcək. “Bu seminarların təşkilində məqsədimiz gənclərin karyerada uğur qazanmasına dəstək vermək, onları müxtəlif sahələrdə uğur qazanmış gənc kadrlarla görüşdürərək, gənclərin stimul qazanmasına nail olmaqdır”.Məruzəçi kimi çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, gənclər zaman bölgüsünü düzgün aparmalı, vaxtlarını səmərəli keçirməyə çalışmalıdırlar.“Məndən tez-tez soruşurlar ki, bu qədər ağır işləri necə çatdırırsınız? Bunun cavabı çox sadədir. Mən tələbə ikən işləyirdim. Çətin idi, lakin mən özümü zəhmətə öyrəşdirdim və zamanla da vaxtımı düzgün bölmək, daha lazımlı işlərə sərf etmək yolu ilə özümü gələcək çətinliklərə hazırladım”.Q.Paşayeva vurğulayıb ki, gənc yaşlarından zəhmətli işlərə öyrəşən gənc illər sonra daha ağır işlərin öhdəsindən asanlıqla gələ bilər.Millət vəkili qızların da karyera qurmaq barədə düşünməli olduğunu deyərək əlavə edib ki, dünya tarixində iz salan məşhur qadınların böyük əziyyətlərə qatlaşaraq yüksəliblər.“Biz “Tarixə adını yazan qadınlar” kitabının ön sözündə də, qeyd etmişik ki, bu kitabın nəşrində ən böyük uğurumuz 100 qızın bu kitabdan nəticə çıxarması, dəyişməsi olar”.“Modern Marketing Group” şirkətinin təsisçisi, Marketing Academy layihəsinin rəhbəri və Azərbaycanda Sport marketing üzrə yeganə ekspert Yusif Vəliyev isə deyib ki, uşaqlıqda qurulan xəyalların sonradan gənclərin karyera həyatında böyük rolu olur.“Yaş artdıqca, həyatda reallıqları qəbul etdikcə, xəyallar da kiçilir. Və biz bacarıqlarımızı görüb öz hədəflərimizi müəyyənləşdiririk. Xəyal və hədəflərin kiçilməsi çox zaman tənbəllikdən dolayı olur. Lakin biz daha çox çalışmalı və qarşıya böyük hədəflər qoymalıyıq ki, o hədəflərə çatmaq şansımız daha çox olsun”.Onun sözlərinə görə, gələcəkdə biznesdə uğurlar qazanmağı qarşıya məqsəd qoyan gənc öz tələbəliyi dövründə tanınmış maliyyəçi və şirkətləri tanımalı, öz bilik və dünyagörüşünü artırmalıdır.O qeyd edib ki, hələ tələbə vaxtlarından Azərbaycanda bazarı öyrənib və idman marketinqinin zəif olduğunu görərək, məhz bu sahədə ekspert kimi yetişib.Azərbaycanda ilk internet radionun yaradıcısı, Day.Az radionun direktoru, marketoloq Zaur Darabzadə gənclərə karyeralarında uğur qazanmaları üçün fikirlərini bölüşərək bildirb ki, gənc yaşlarından radio sahəsində çalışmağa başlayıb və bir çoxlarının onun uğur qazanacağına inanmamasına və internet radio layihəsinin yaxşı fikir olmamasını düşünməslərinə baxmayaraq mübarizələri nəticəsində məqsədinə çatmağı bacarıb. Tələbələrə karyeralarında uğur qazanmış şəxsiyyətlərdən sitatlar gətirən Zaur Darabzad onlara uğur arzulayaraq bir çox dəyərli fikirlərini bölüşüb.Psixoloq Murad İsayev isə biznes və karyeranın düzgün şəkildə qurulması üçün psixoloji məqamlara toxunub. O bildirib ki, “Həyatını proqramlaşdıra bilən insanlar uğuru daha tez əldə edirlər. Karyerasında arzuladığı səviyyəyə çatmaq istəyən insan öz psixologiyasını düzgün istiqamətləndirə bilməlidir. Tələbəlik illərində sevmək karyeraya çox mənfi təsir edir və insanın geriləməsinə səbəb olur. Ümumilikdə psixoloq gənclərə karyeralarında uğur qazanmaqda dəstək olmaq məqsədilə bir çox dəyərli fikirlərini tələbələrlə bölüşüb. İlkin Həsəni gənclərə stimul verici çıxış edərək bildirib ki, “Ətrafınızda heç kəs hətta özünüz belə qazanacağınız uğura inanmaya bilərsiniz amma mübarizə apararaq, həm özünüzə həm də ətrafınızdakı insanların mənfi fikirlərinə qalib gələcıksiniz”. Tanınmış aparıcı hərbi xidmətin gənc oğlanların karyera qurmasına müsbət təsirini xüsusilə vurğulayıb. İstər biznes, istər aparıcılıq karyerasında qazandığı uğurun sirlərini gənclərlə bölüşən İlkin müəllim onları karyeralarında müvəffəqiyyət əldə etmək üçün mübarizəyə çağırıb. Azərbaycanda ALES imtahanları üzrə ən keyfiyyətli təhsilin tək ünvanı Akademi Təhsil Mərkəzinin Layihələr üzrə müdürü Razi Vəliyev isə öz çıxışında karyerada uğur qazanmağın əsas mənbəyinin təhsil olduğunu xüsusilə vurğulayaraq gəncləri təhsillərinə qarşı cidi olmağa və var gücləri ilə çalışmağa çağırıb. Magistartura təhsilinin mühümlüyünü xüsusilə vurğulayan Razi müəllim, Türkiyədə magistraturanın gənclərin karyerasına müsbət təsirini qeyd edib.Sonda isə tələbələrin suallarını cavablandıran və xatirə şəkli çəkdirən ekspertlər tədbirdən çox razı qaldıqlarını xüsusilə qeyd ediblər.