”Akademi karyera seminarı"na start verildi (FOTOLAR)

GƏNCLİK
01:37 28.10.2011
2585
Akademi Təhsil Mərkəzi gənclərə uğurlu karyera qurmaqda dəstək olmaq məqsədi ilə ”Akademi karyera seminarı” layihəsinə start verdi.26 oktyabr tarixində Xəzər universitetində baş tutan seminarın məruzəçiləri Day.Az Media Şirkətinin direktor müavini Sevda Həmidova, televiziyadakı fəaliyyəti ilə yanaşı, uğurlu biznes karyerasına start vermiş teleaparıcı və biznesmen İlkin Həsəni, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev və “Modern Marketing Group” Şirkətinin təsisçisi, Marketing Academy layihəsinin rəhbəri Yusif Vəliyev oldu. Seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Məruzələrə diqqətlə qulaq asan tələbələr sonda məruzəçilərə suallarını verərək uğurlu karyera qurmaq haqqında ətraflı məsləhətlər aldılar.“Akademi koryera seminarı” layihəsinin təşkilatçısı Akademi Təhsil Mərkəzinin PR və PRESS meneceri Nuranə Ağayeva AZXEBER.COM-a bildirdi ki, ilk olaraq Xəzər universitetində təqdim olunan seminar davamlı olaraq Azərbaycanın reytingli digər universitlərində də keçiriləcək və məqsədi gənclərə istər təhsil, istərsə də gələcək fəaliyyəti ilə bağlı tövhə vermək olan Akademik Təhsil Mərkəzi bu kimi layihələrlə Azərbaycan gənclərini sevindirməyə davam edəcək. 

OXŞAR XƏBƏRLƏR