Akademik saxtakarlıq - KÖŞƏ

Akademik saxtakarlıq - KÖŞƏ
KÖŞƏ
08:32 02.05.2012
1874
Seymur VerdizadəBiz çoxdan tanışıq. O, savadlı, ədəb-ərkanlı bir gəncdir. Yaşı 30-u haqlasa da, hələ şəxsi həyatını nizama sala bilməyib. Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının birində çalışır. Kiçik elmi işçidir. Amma nə vaxtsa elmdə karyera qazanacağını ağlına da gətirmir.
Səkkiz il əvvəl ali məktəbi bitirəndə, müəllimlərindən birinin dəstəyilə indi çalışdığı elmi-tədqiqat institutunda işə düzəlib. Savadlı və məsuliyyətli adam olduğu üçün qısa müddət ərzində məşğul olduğu sahəyə aid çoxlu faktlar, yeni məlumatlar toplayıb. İlk məqaləsi iş yoldaşları tərəfindən maraqla qarşılanıb. Ona məsləhət görüblər ki, həmin məqaləyə şöbə müdirinin də imzasını qoysun. Böyük-kiçik yeri bilən adam olduğu üçün yaşlı həmkarlarının bu məsləhətinə əməl edib.Həmin məqaləni yazdığı üçün indi çox peşmandır. Hadisə belə olub. Min bir əziyyətlə araya-ərsəyə gətirdiyi məqaləni şöbə müdirinə göstərərək, hər ikisinin imzası ilə çap olunmasını xahiş edib. Şöbə müdiri məqalə ilə tanış olanda qarşısındakı gəncin istadadına heyran qalıb. Ona təklif edib ki, yazıya direktor müavininin də imzasını əlavə etsinlər və çap olunması üçün Elmi Şuranın razılığını alsınlar. Etiraz etməyib. Şöbə müdiri direktor müavininin yanına gedib, o isə öz otağına qayıdıb.Məqalə direktor müavininin də xoşuna gəlib. Amma təklif edib ki, lap əvvəldə institutun direktorunun imzası olsun. Şöbə müdiri bu xəbəri ona çatdıranda, uşaq kimi sevinib. Fikirləşib ki, eyni məqalənin altında direktorla yanaşı onun da imzasının olması qarşısında “yaşıl işıq” yandıracaq.Beləliklə, məqalə dörd nəfərin imzası ilə redaksiyaya göndərilib. Sıralamada əvvəlcə dirtektorun, sonra müavinin, üçüncü yerdə şöbə müdirinin, lap axırda isə onun öz adı yer alıb. Amma redaksiya məqaləni dörd nəfərin imzası ilə çap etməkdən imtina edib. Xeyli götür-qoy edəndən iki tanınmış professorun və bir elmlər namizədinin adının yanında heç bir dərəcəsi olmayan kiçik elmi işçinin imzasının getməsini məqbul saymayıblar. Redaktor belə qərara gəlib ki, dördüncü müəllifin adı çıxarılsın. Buna görə də məqalə jurnalda dərc olunanda tanışım nə qədər çalışsa da, öz adını imzaların içində tapa bilməyib...Bu hadisə onun elmə olan marağını tamamilə öldürüb. İki il əli heç nəyə yatmayıb. Nəhayət, iş yoldaşlarının təkidi ilə namizədlik dissertasiyasını yazmağa başlayıb. Namizədlik işi də ona uğur gətirməyib. Ortaya fundamental bir əsər qoysa da, müdafiə edə bilməyib. İşlədiyi şöbənin müdiri yaşının ötdüyünü, qısa müddət ərzində doktorluq işini müdafiə etməyəcəyi təqdirdə işdən çıxarılacağını deyərək, ondan yardım istəyib. Bu cür söhbətlər düz bir ay təkrarlanandan sonra namizədlik işini şöbə müdirinə verməyə razılaşıb. Şöbə müdiri onun namizədlik işinə bir fəsil əlavə edərək, altı ay sonra elmlər doktoru olub.Doktorluq işini müdafiə etməsi şöbə müdirinin karyerasında tramplin rolunu oynayıb. Cəmi beş-altı ay sonra həmin adamı direktor müavini təyin ediblər. Üç il müavin işləyən keçmiş şöbə müdiri bir müddət əvvəl direktor kürsüsünə əyləşib. Deyir ki, yeni direktor ilk gündən köhnə işçilərlə sərt davranır. O, hər iclasda eyni sözləri təkrarlayır: “Elmdə uğur qazana bilməyən adamlara bizim institutda yer yoxdur!”.Maraqlısı odur ki, direktor hər dəfə bu sözlərə deyəndə, ancaq mənim tanışımın üzünə baxır...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
18:10 18.10.2026
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi