Akif İslamzadədən xoş xəbər - Oğlu danışdı

Akif İslamzadədən xoş xəbər - Oğlu danışdı
MƏDƏNİYYƏT
11:37 14.05.2026
335
Xəbər verdiyimiz kimi, xalq artisti Akif İslamzadə keçirdiyi ağır ürək əməliyyatından sonra ötən gün xəstəxanadan evə buraxılıb.

Xalq artisti AZXEBER.COM-a açıqlamasında hazırda ev şəraitində istirahət etdiyini, həkim nəzarətində müalicəsini davam etdirdiyini və özünü əvvəlki günlərlə müqayisədə daha yaxşı hiss etdiyini bildirib.

Sənətçinin oğlu Ayxan İslamzadə isə atasının vəziyyəti ilə bağlı danışarkən bunları deyib:

"Allaha çox şükür ki, atam artıq evdə, ailəsinin yanındadır. Bildiyiniz kimi, o, çox ağır xəstəlik dövrü keçirdi və mürəkkəb ürək əməliyyatı olundu. Hazırda həkimlərin tövsiyələrinə uyğun olaraq müalicəsi davam edir. Sağalma prosesi müəyyən zaman tələb edir. Elə dərmanlar var ki, onları ömürboyu qəbul etməlidir. Amma əsas odur ki, vəziyyəti stabildir və hər gün özünü bir az da yaxşı hiss edir. Ümid edirik ki, zaman keçdikcə tam bərpa olunacaq”.

Aysel Hacızadə

 
OXŞAR XƏBƏRLƏR