Akif Nağı: 'Bu gün bu məsələ ilə bağlı qanun təsdiq edilməyəcək'

Akif Nağı:
Bütün Xəbərlər
13:09 28.02.2012
1463

Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinə dair erməni iddialarını rədd edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı bir aydır davam edən araşdırmasını tamamlayıb. Məhkəmənin tarixi qərarını bu gün açıqlaması gözlənilir.

TRT-nin məhkəməyə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsi Türkiyənin sərt reaksiyasına səbəb olan qanun layihəsini rədd edəcək. Lakin bu mənbələrə görə, erməni diasporasının son günlərdə məhkəmə üzvlərinə təzyiqlərini nəzərə alaraq hər cür sürprizə də hazır olmaq lazımdır.

Məsələ ilə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı AZXEBER.COM-a açıqlamasında qanunun qəbul ediləcəyi təqdirdə Fransanın Türkiyə və Azərbaycanı itirəcəyini söyləyib: “Hər şeydən əvvəl Fransa prezidenti Nikola Sarkozi bura qədər gəlib çatacağını gözləmirdi. Bu məsələnin Konstitusiya Şurasına getməsi yolunda ilk addımı senatorlar atdılar. Belə ki, Fransa qanunlarına görə 60 dan çox səs toplayan məsələ Konstitusiya Şurasına müzakirə olunmaq üçün göndərilə bilərdi. Gümanki, bu gün bu məsələ ilə bağlı qanun təsdiq edilməyəcək. Ancaq həm də qeyd etmək lazımdır ki, erməni lobbisi və Sarkozi artıq müxtəlif təzyiqlərə də əl atmağa başlayıblar.

Qanun təsdiq ediləcəyi təqdirdə isə Fransa Türkiyə və Azərbaycan kimi tərəfdaşını itirəcək”.

GülnarəBayramova

OXŞAR XƏBƏRLƏR