Bu gün mətbuatda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov və jurnalist Elşad Eyvazlının başçılığı altında bir qrup şəxsin Dağlıq Qarabağa getməsi ilə bağlı sərt etirazı yayımlanıb. Məsələylə bağlı QAT-ın mətbuat katibindən AZXEBER.COM-a təkzib məktubu göndərlib. Mətni olduğu kimi təqdim edirik:
"Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov və jurnalist Elşad Eyvazlının başçılığı altında bir qrup şəxsin Dağlıq Qarabağa getməsi ilə bağlı mətbuatda məlumat gedib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı həmin səfərlə bağlı kəskin münasibət bildirib. Bu gün aydın olub ki, həmin şəxslər Dağlıq Qarabağın Xocavənd rayonunun Azərbaycanın nəzarətində olan hissəsinə səfər ediblər. Mətbuatda gedən yanlış məlumata görə QAT da kəskin münasibət bildirib. Səfərin təşkilatçıları da vaxtında gərək düzgün məlumat yaya idilər. Biz Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri ilə istənilən görüşə, səfərlərə qarşı öz mövqeyimizdə qalır, son səfərlə bağlı verdiyimiz açıqlamanın mətbuatın yanlış məlumatına əsaslanmasına baxmayaraq, səfərin təşkilatçıları və iştirakçılarının ünvanına səsləndirdiyimiz sərt ifadələrə görə üzr istəyirik. Bir daha bildiririk ki, insident bizim günahımız ucbatından baş verməyib".