AKP da "Rəcəp İvedik 5"i tənqid etdi: O səhnə çıxarılmalıdır

AKP da "Rəcəp İvedik 5"i tənqid etdi: O səhnə çıxarılmalıdır
TOP4
15:28 18.01.2017
1165

Türkiyənin iqtidar partiyası olan AKP-dən də "Rəcəp İvedik 5" filmindəki məlum boks səhnəsinə tənqid gəlib.

Həmin partiyanın Adanadan olan millət vəkili Necdət Ünüvar filmin baş aktyoru Şahan Gökbakar və filmin qurucusuna boks səhnəsinin çıxarılması üçün məktub yazacaq.

Ünüvarı dinləyək: "Filmdə bir boks səhnəsi var. Bu səhnədə Türkiyə vətəndaşı ilə Azərbaycan vətəndaşı olan 2 boksçunun yarışı gedir. Orda dialoqlar və döyüş olur. Mən ordakı şişirdilmiş dialoqlar və səhnələrdən razı qalmadım".

Deputat filmin fraqmentini izləyən Azərbaycandakı çox sayda dostunun onunla əlaqə saxlayaraq rahatsız oldularını bildirdiyini qeyd edib: "Bir film səhnəsi ilə bu dostluq pozularmı? Pozulmaz. Amma niyə belə bir film səhnəsində bir-birimizi rahatsız edəcək, qəlbini qıracaq bir dialoq, səhnə olsun?! Açığı, ordakı dialoqlardan rahatsız oldum. Siz güldürməyi hədəfləyə bilərsiniz. Bəlkə buna gülən 1-2 nəfər də ola bilər. Amma buna məyus olan insan sayı çox olacaqdır".

Necdət Ünüvar Türkiyə və Azərbaycanın ətlə dırnaq kimi olduğunu, hansı məyus olarsa, digərinin də üzüldüyünü, hansı sevinsə, digərinin də sevindiyini bildirib: "Hansı qalib gələrsə, gələr. Amma yarış bitdikdən sonra matçı uduzan qalibi centlmencə təbrik edər. Türkiyə və Azərbaycanın digər ölkə idmançıları ilə yarışında Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni tutar. Azərbaycanlı idmançı başqa ölkənin idmançısı ilə etdiyi matç sonunda çempion olanda türk azarkeşlər Azərbaycan bayrağını dalğalandırmaqdan və idmançını təbrik etməkdən böyük şad olarlar və ya əksinə azərbaycanlı azarkeşlər Türkiyə idmançısına belə edərlər. Bizim öyrəncəli olduğumuz səhnə budur.

Filmdəki o səhnə həm Türkiyə - Azərbaycan qardaşlığını bildirməyən, həm də idmanın içindəki o centlmenlik hisslərinə bir az tərsdir. Ordakı səhnələr və ifadələr çox şişirdilmiş və reallıqdan da uzaqdır. Bu film bəhanə edilərək hazırda çox üst səviyyədə olan Türkiyə - Azərbaycan dostluğunu və qardaşlığını zədələməyə çalışan birilərinin ağzına söz verməmək lazımdır".

Qeyd edək ki, Necdət Ünüvar Türkiyə Böyük Millət Məclisində Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədridir.

 

OXŞAR XƏBƏRLƏR