“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib

“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
SOSİAL
14:09 16.10.2026
201
Bakı şəhərində MDB dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclası çərçivəsində "Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  Rəşad Mustafayev  bu görüşün ölkələrimiz üçün getdikcə daha vacib olan bir mövzunu - aktiv və sağlam yaşlanmanı araşdırmaq, birgə müzakirə aparmaq imkanı yaratdığını qeyd edib.

O, yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin də təkmilləşməsinin, onlarla bağlı sosial xidmətlərin fərdi ehtiyaclara uyğun daha effektiv və məqsədəuyğun təşkilinin prioritet önəm kəsb etdiyini bildirib. Habelə peşəkar fəaliyyətlərini davam etdirmək, yeni bacarıqlar öyrənmək istəyən yaşlı nəsillə bağlı müvafiq fəaliyyət sahələrində təkmilləşmələrin aparılmasının əhəmiyyəti qeyd edilib.

Dəyirmi masanın qeyd edilən sahələrdə müzakirələrin, fikir mübadilələrinin aparılması, MDB ölkələrinin təcrübələrinin öyrənilməsi və faydalı təcrübə mübadiləsi üçün əlverişli platforma olduğu vurğulanıb.

Sonra MDB İcraiyyə Komitəsinin nümayəndəsi Olqa Kremskaya MDB Baş katibi Sergey Lebedevin tədbir üçün açılış nitqini səsləndirib.

Tədbirdə MDB Dövlətlərarası Statistika Komitəsi, MDB dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurası Katibliyi, MDB dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə qurumlarının nümayəndələri tərəfindən "Demoqrafik dəyişiklik kontekstində sosial siyasət”, "Uzunömürlülük strategiyasının icrasında həyat keyfiyyətinə diqqət”, "Fəal və sağlam yaşlanma, sosial innovasiyalar” və s. mövzularda çıxışlar edilib.

MDB dövlətlərində yaşlı insanlarla bağlı sosial xidmətlər sisteminə, bu sahədə yeni yanaşmaların tətbiqi istiqamətində görülən işlərə, təhlillərə dair məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA