Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
MAQAZİN
09:36 12.11.2026
58
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.

AZXEBER.COM xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib.

"Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz, teatrımızın bir neçə əməkdaşı da onun cənazəsinin qarşılanması və aparılması ilə bağlı hava limanında olublar. Hazırda onun nəşi Lerikə aparılır. Aslan müəllim doğulduğu Çayurd kəndində dəfn ediləcək", - deyə H.Rüstəmova bildirib.
OXŞAR XƏBƏRLƏR