Albaniya Azərbaycanda səfirliyini açır

Albaniya Azərbaycanda səfirliyini açır
Bütün Xəbərlər
14:31 07.09.2015
803

"Albaniya yaxın zamanlarda Azərbaycanda səfirliyini açacaq".

Bu barədə "Report"a müsahibəsində Albaniyanın Türkiyədəki səfiri Genci Muçay bildirib. Onun sözlərinə görə, həmçinin Azərbaycanın Albaniyada səfirliyinin açılması gözlənilir.

"Albaniya və Azərbaycan arasında yüksək səviyyədə münasibətlər mövcuddur", - G.Muçay bildirib. O əlavə edib ki, bu ilin sonuna qədər Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfəri gözlənilir, bu da Azərbaycan-Albaniya münasibətlərini möhkəmləndirməyə imkan verəcək.

OXŞAR XƏBƏRLƏR