Dağıstan Ali Məhkəməsinin hakimi Məhəmməd Məhəmmədov güllələnib.AZXEBER.COM-un RBK agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ötən axşam saat 20 radələrində Mahaçqalada baş verib.Naməlum şəxs Məhəmməd Məhəmmədova tapançadan bir neçə dəfə atəş açıb. Hakim hadisə yerində dünyasını dəyişib.ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, Məhəmməd məhəmmədov ağır və xüsusilə ağır cinayətlərlə bağlı işlərə baxıb. Onun son hökmlərindən bii Dağıztanın Kizlər rayonunun qanunsuz silahlı dəstə yaratmaqda ittiham olunan üç sakini barəsində olub. Müttəhimlər 8 ildən 10 ilədək müddətə azadlıqdan məhrum ediliblər.