Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başladı

Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başladı
SOSİAL
13:28 15.05.2025
760
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.

AZXEBER.COM xəbər verir ki, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə 10 iyul 2025-ci il tarixinədək DİM-in müvafiq internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Şəxsi kabineti olanlar qeydiyyat sisteminə daxil olarkən təyin etdikləri parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edir. Qeydiyyat sisteminə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Qeyd edək ki, parolunuz 12 – 20 simvol uzunluğunda (ən az bir rəqəm, bir latın hərfi və ""!@#$&_"" kimi xüsusi simvoldan ibarət) olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.

Sistemə daxil olarkən subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun” dövlət elektron məlumat bazasından avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə "sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, "Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr "Şəxsi kabinet”dəki "Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 30 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın günlərdə başlayacaq və mayın 30-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında daha ətraflı məlumatı "Abituriyent” jurnalının yaxın günlərdə çap olunacaq xüsusi buraxılışlarından əldə etmək mümkündür.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və "məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər.

1995-2007-ci il təvəllüdlü (30.04.2007-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbay-can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

30.04.2007-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiyyatın aparılması Azərbaycanın SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
19:00 18.08.2026
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
“Qalatasaray”dan yeni transfer
18:50 18.08.2026
“Qalatasaray”dan yeni transfer
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
18:39 18.08.2026
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
18:19 18.08.2026
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
18:05 18.08.2026
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
17:50 18.08.2026
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
17:41 18.08.2026
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq