Ali məktəblərə sənəd qəbulu başlandı

Ali məktəblərə sənəd qəbulu başlandı
Bütün Xəbərlər
15:15 20.08.2013
1127

2013-2014-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçən şəxslər avqustun 20-dən qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. 

Tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. Onlar avqustun 29-na kimi qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək. 

Qeyd edək ki, alı məktəblərə qeydiyyat avqustun 29-da bitəcək.

OXŞAR XƏBƏRLƏR