Ali təhsili olan məşhurlar kimdir? - Həkim, tarixçi, hüquqşünas, müəllim...

Ali təhsili olan məşhurlar kimdir? - Həkim, tarixçi, hüquqşünas, müəllim...
MAQAZİN
13:27 15.07.2024
838
Kənardan baxan hər kəs onların rəngarəng, əyləncəli, gəlirli hesab olunan peşələrinə həsəd aparır. Səhnənin cazibəsi, parıltısı o qədər bizi cəzb edir ki, ani olaraq "Kaş ki, səsim olaydı, mən də müğənni olardım” deyə düşünmədən keçmirik. 

Odur ki, səhnədə gördüyümüz "ulduzlar”ın bəziləri bu işin təhsilini alsa da, bəziləri başqa peşələrdən istedadına güvənərək bu yolu seçib. Şou-biznesdə ali təhsilli müğənnilərin sayı kifayət qədər çox olsa da, təəssüf ki, bəzilərinin ümumiyətlə heç bir ali təhsili yoxdur. 

AZXEBER.COM-un bu dəfəki araşdırması sənət adamlarının həqiqi peşələrindən olacaq.

Xalq artisti Ağadadaş Ağayevin əsl peşəsinin müəllimlik olduğunu bilirdinizmi?

O, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1977-1983-cü illərdə isə Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib.

Mərhum əməkdar artist Baloğlan Əşrəfov isə 1978-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. O, universiteti bitirdikdən sonra  5 il kənd məktəbində müəllim kimi çalışıb.

Müğənni Elnarə Xəlilova da müəllimlik fakültəsini bitirsə də, fəaliyyətinə müğənniliklə davam edən məşhurlardan biridir. O, 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Elnarə həmçinin tibb bacısı diplomuna da sahibdir.

"Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurluq qazanan Əməkdar artist Lalə Məmmədova da ixtisasca müəllimədir. O, Azərbaycan Dövlət Dillər Universitetinin filalogiya fakultəsini bitirib, həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb. O, Aviasiya Akademiyasında dərs deyib.

Xalq artisti Flora Kərimova 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O, ixtisasca həkimdir.

Sənətə hind rəqslərinin ifaçısı kimi qədəm qoyan Oksana Rəsulova ali təhsilini tibb sahəsində alıb. O, ixtisasca ginekoloq və dəri zöhrəvi həkimidir. Hazırda isə aktyorluq sahəsindəki bacarıqlarını genişləndirən aktrisa, bir çox tamaşalarda rol alır.

Aparıcı Nanə Ağamalıyeva da ixtisasca həkimdir. O, Tibb Universitetini bitirib və diş həkimidir. Heç zaman öz ixtisası üzrə çalışmayıb. 

Xalq artisti Faiq Ağayev ilk olaraq Tibb İnstituna daxil olsa da, sonra təhsilini yarımçıq qoyaraq musiqiyə yönəlib.
 
"Yeni ulduz" yarışması ilə səhnələrə ilk addımını atan Elnar Xəlilov da ixtisasca diş həkimidir. O, hazırda müğənnilik ilə yanaşı, klinikaların birində öz peşəsini də sevərək icra edir.

Əməkdar artist Abbas Bağırov Tərtər rayonunda yerləşən Maliyyə İqtisad Kollecində təhsil alıb və bir müddət bu sahədə çalışıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 

Ədalət Şükürov da 1980-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitununun Kütləvi tədbirlər rejissoru fakültəsində təhsil alıb.

İradə İbrahimova iki ali təhsil alan müğənnidir. O, ilk olaraq Azərbaycan   Milli Konservatoriyasının solooxuma  fakültəsində təhsil alsa da, daha sonra  Azərbaycan Dillər Universitetini bitirib.

Son zamanlar ulduzu parlayan müğənni Nərmin Kərimbəyova ixtisasca hüquqşünasdır. Uzun zaman bu sahədə çalışsa da, istedadı onu səhnələrə gəlməyə vadar edib. 

Xatirə İslam isə əvvəlcə Tibb Texnikumunun tibb bacısı peşəsinə yiyələnsə də,  sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 

Avroviziya təmsilçilərimizdən Eldar Qasımovun əsl peşəsi isə Alman dili müəllimliyidir.

Tanınmış meyxanaçı Rüfət Nasosnu da ixtisasça tarixçidir. O məktəblərin birində tarix fənnindən dərs deyib.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim