Alıcılar artıq bu avtomobilləri seçir - Səbəb

Alıcılar artıq bu avtomobilləri seçir - Səbəb
SOSİAL
00:37 16.07.2026
1143
Son illərdə elektrikli nəqliyyat vasitələrinə qlobal marağın artması avtomobil sənayesində yeni mərhələnin başlanğıcı kimi qəbul edilir. Ekoloji təmizlik, yanacaq qənaəti və müxtəlif dövlət təşviqləri istehlakçıların diqqətini bu istiqamətə yönəldir. Lakin bu dəyişikliklərin ənənəvi daxili yanma mühərrikli nəqliyyat vasitələrinin mövqeyini tamamilə sarsıtdığını demək hələlik tezdir.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, elektrikli nəqliyyat vasitələrinin benzin və ya dizel mühərrikli maşınların satışına hazırda böyük təsiri yoxdur.

Assosiasiya rəhbəri mövcud vəziyyəti bu cür xarakterizə edib:

"Güzəştlər dönəmində ilk öncə elektrikli avtomobillərə maraq artmışdı, amma sonradan insanlar daha çox hibrid, plug-in hibrid avtomobillərə üstünlük verdilər. Yəni, güzəştlərin bitdiyi indiki dönəmdə elektrikli avtomobillərin benzin avtomobilləri bazarına böyük bir təsiri, ümumiyyətlə, gözlənilmir. Hibrid və plug-in hibridlər ənənəvi avtomobillərlə müqayisədə bazarda fərqlilik yaradır, onların bazar payına təsir edə bilir”.

Eyyub Əliyev həmçinin vurğulayıb ki, tam elektrikli avtomobillər ciddi bazar payı əldə edə bilmir.

Yəni ölkədə vergi və gömrük güzəştlərinin təsiri azaldıqdan sonra alıcılar tam elektrikli modellər əvəzinə həm elektrik, həm də yanacaqla işləyən hibrid variantlara üz tutublar, bu da daxili yanma mühərrikli avtomobillərin hələ uzun müddət bazarda liderliyini qoruyacağını göstərir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı