Alımkulov Bakıya gəldi

Alımkulov Bakıya gəldi
Bütün Xəbərlər
11:13 01.02.2012
1187

Qırğız Respublikasının gənclər, əmək və məşgulluq naziri Aliasbek Alımkulov Bakıdadır.

31 yanvar 2012-ci il tarixindən etibarən Qırğız Respublikasının gənclər, əmək və məşgulluq naziri Aliasbek Alımkulovun rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, səfər Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasındagənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsivə əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gerçəkləşir.

3 Fevral tarixinədək davam edəcək səfər çərçivəsində qonaqların Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarəti, Gənclər və İdman, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliklərində, Qafqaz Müsəlmanları idarəsində görüşləri və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə keçiriləcək tədbirlərdə iştirakları nəzərdə tutulub.

Qeyd edək ki, 1 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşgulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR