Alimlər inək südündə möcüzə aşkarladı

Alimlər inək südündə möcüzə aşkarladı
Bütün Xəbərlər
07:57 22.10.2012
1597
Alimlər inək südünün tərkibində İİV-ə qarşı anti-cisimlər aşkar ediblər. Məhz bunun əsasında avstraliyalı alimlər cinsi əlaqə zamanı qadınları bu xəstəliyə tutulmuş partnyorundan qorumaq üçün krem hazırlamağı planlaşdırırlar.
AZXEBER.COM-un Medical Xpress”ə istinadən verdiyi məlumata görə, Melburn Universitetinin həkimi Marit Kramski inəyin orqanizmində İİV-in qarşısını alan anti-cisimlərinin əldə etməyin daha ucuz başa gəldiyini bildirib. Avstraliyanın İmmuron Ltd biotexnologiya şirkəti ilə birgə mütəxəssislər südün hazırlanma texnologiyasını yaradıblar.Alimlər balalayacaq inəkləri İİV-in zülalaları ilə peyvənd ediblər və bundan sonra onlardan alınan ilk südün tərkibini tədqiq etməyə başlayıblar. Nəticədə məlum olub ki, südün tərkibində yeni doğulacaq balanı infeksiyadan qoruyacaq anti-cisimlər var.“Laboratoriya testləri göstərdi ki, anti-cisimlər İİV yapışır və virusun qan hüceyrəsinə daxil olmasına imkan vermirlər”,-deyə M. Kramski açıqlayıb.Alimin sözlərinə görə, inək İİV-yə yoluxmur, amma onun immun sistemi yad zülala qarşı anti-cisimlər hazırlayır. İnək südündəki İİV-in qarşısını alan anti-cisimlər mikrobisidlər (mikrobu məhv edən maddə) üçün özül olacaq. Mikrobisidlərdən hazırlanan və qadınların cinsi əlaqədən 12-24 saat öncə istifadə etdikləri krem onları zöhrəvi infeksiyalardan qoruyacaq. Bütün dünyada mikrobisidlər hazırlanır, lakin onların yeni hazırlanma üsulu daha ucuz və effektilidir.
OXŞAR XƏBƏRLƏR