İrəliləyən süd vəzi xərçəngi olan və 3 ay ömrü qaldığı deyilən 49 yaşlı ingiltərəli qadın alternativ müalicə aldıqdan sonra xərçəngdən sağalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xəstənin bədəninə 90 milyard ağ qan hüceyrəsi yeridilib.
Mütəxəssislərin fikrincə, indiyədək bir nəfərin üzərində sınaqdan keçirilən müalicənin xəstənin həyatını xilas edib-etmədiyini söyləmək hələ tezdir.
Ancaq bəzilərinə görə, hər bir xəstə üçün fərdi müalicə təklif edən bu üsul tibb aləmində çox faydalı olacaq.
Bu üsulu xəstəyə dünyanın aparıcı xərçəng araşdırma təşkilatlarından biri olan və ABŞ-da yerləşən Milli Xərçəng İnstitutu tətbiq edib.
Tibb dünyasını həyəcanlandıran müalicədə xəstənin öz ağ qan hüceyrələri və bəzi dərmanlardan istifadə edilib.
Cudi Perkins deyir ki, müalicəni bitirdikdən cəmi bir həftə sonra bədənində dəyişiklik hiss edib. Perkins sinəsindəki şişin getdikcə kiçildiyini və iki həftə sonra tamamilə yox olduğunu bildirib.
Aysel